Razvan Tarlea: Jaba ilinə 800 min dollar əmək haqqı alır
28.02.2011 - 13:21
“Rumıniya klublarında bir sıra uğursuzluqlarla üzləşdikdən sonra özümü legioner kimi sınamağa qərar verdim. Belə vaxtda Azərbaycandan təklif aldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun yarımmüdafiəçisi Razvan Tarlea deyib.
Rumıniyalı legioner vətənindən olan həmkarlarımıza müsahibəsində Azərbaycan karyerası haqda fikirlərini açıqlayıb: “Qəbələ çox sakit yerdir, kiçik bir şəhərdir. Maaşımız heç vaxt gecikmir. Mən də başımı aşağı salıb, sakitcə futbolumu oynayıram. İlk vaxtlar çox çətin idi. Bir yandan dil bilmirdim, digər yandan şərait yaxşı deyildi. Lakin modernləşmə yönündə işlər görülürdü. Klubumuzun 8 mərhələli inkişaf planı var. 20 min tamaşaçı tutan stadion inşa olunur. Mən hələ 2 il də orada oynamaq istəyirəm”.
Tarlea Toni Adamsın gəlişi ilə baş verən dəyişikliklərə də toxunub: “Toni Adams gələn kimi komandada təmizləmə əməliyyatına başladı. Yalnız 7 oyunçu heyətdə qaldı. Avropadan yeni adlar komandaya cəlb olundu. “Qəbələ”nin siması dəyişdi. Adams futbolçularla çox yaxındır. Daim üzündə təbəssüm var. Bu da özümüzü çox rahat hiss etməyə imkan verir. Lakin britaniyalı intizam sarıdan çox tələbkardır”.
Razvan rumıniyalılara Azərbaycan futbolunun durumunu təsvir edib: “Xəzər Lənkəran”ın sahibinin pulu bütün rumın klublarının səhmdarlarının pulunun cəmindən çoxdur. Azərbaycanda Emil Mpenza, Pius İkedia, Andrey Rubin kimi ulduzlar oynayır. Maaşlara gəlincə, oyunçular 70 min dollardan braziliyalı Jabanın aldığı 800 min dollaradək illik əmək haqqı alır”.

0
0