Dəyişən nədir? - ARAŞDIRMA
28.02.2011 - 14:12
Azərbaycan Premyer Liqasında ardıcıl ikinci mövsüm təsnifat mərhələsi yekunlaşdı. Apasport.az saytının məlumatına görə, yenə XXII turdan sonra birinci və ikinci “altılıq”da mübarizə aparacaq komandalar müəyyənləşdi.
Bu iki mövsümdə iştirakçıları müqayisə edəndə, ciddi dəyişiklərin olmadığını görmək olar. Ancaq hər halda, fərqlər var və bunu apardığımız araşdırmada diqqətinizə çatdırırıq.
Əvvəla, onu deyək ki, “altılıq” sistemi qalsa da, reqlamentdə dəyişiklik edildi. Yəni, ötən mövsüm “qızıl xal” sistemi olduğundan, təsnifat mərhələsindən sonra “altılıq” iştirakçılarının yalnız öz aralarındakı oyunlarında xallar saxlanıldı, qalanları isə silindi. Ancaq bu dəfə qaydalar dəyişdi və mübarizənin gərginliyini artırmaq məqsədilə ilk mərhələdəki xallar saxlanıldı.
İştirakçılara gəlincə, ilk “altılıq”da yeganə dəyişiklik “Qəbələ”nin AZAL-la əvəzlənməsidir. Qəbələlilər ötən mövsüm Ramiz Məmmədovun rəhbərliyi altında həlledici mərhələyə qatılaraq, inamlı təsir bağışladı və mübarizəyə əlavə rəng qatdı. Ancaq mövsüm bitəndən sonra Məmmədovu əvəzləyən ingilis Toni Adams “altılığ”a düşməyi bacarmadı.
Halbuki “Qəbələ” “Arsenal”ın əfsanəvi kapitanını gətirməklə, iddiasının necə artdığını bütün Avropaya göstərdi. Düzdür, onu da nəzərə almalıyıq ki, cari mövsümdə Adamsın qarşısına nəticə qazanmaq qoyulmayıb və komanda ölkə kubokunda mübarizəni davam etdirdiyini nəzərə alsaq, avrokuboklara çıxmaq şansını saxlayır.
AZAL hələ ötən mövsüm “altılığ”a iddialı olsa da, sonda buna nail ola bilməmişdi. Bu dəfə “təyyarəçilər”in uğurlu startı nəticə verdi. Təsadüfi deyil ki, uzun müddətdir qələbə üzünə həsrət qalan AZAL-ın ilk dövrədə topladığı xallar sonda işinə yaradı.
Komandaların yerlərinə gəlincə, “Neftçi” ötən mövsüm təsnifat mərhələsini 6-cı yerə bitirmişdisə, bu dəfə zirvədədir. “Xəzər Lənkəran”la “Qarabağ” yenə müvafiq olaraq 2-ci və 3-dür. “Bakı” 4-dən 6-ya enibsə, AZAL 5-ci pillədə “Qəbələ”ni əvəzləyib. Ötən mövsüm təsnifat mərhələsinin qalibi “İnter” bu dəfə 4-cü olsa da, “altılığ”a qədər topladığı xallarının “Neftçi”dən çox olması ilə öyünə bilər.
Elə ötən mövsüm ikinci “altılığ”ın lideri olmuş “Simurq” da indi 7-ci pillədə olan “Qəbələ”dən çox xal yığması ilə diqqət çəkir. Düzdür, tarixinin ən zəif mövsümünü keçirən Zaqatala təmsilçisi indi 11-ci pillədə qərarlaşaraq, Premyer Liqada qalmağa çalışır. Təsnifat mərhələsinin sonunda uğurlu çıxış edərək, 4 oyuna 10 xal yığan “Muğan”ın irəliləyişini qeyd etməliyik. Təsadüfi deyil ki, Salyan klubu ötən il 10-cu idisə, indi 8-ci yerdədir. “Turan” isə 1 pillə geriləyərək, 10-cu yerə düşüb.
Ötən mövsüm birinci diviziondan Premyer Liqaya vəsiqə qazanan “Gəncə” ilə MOİK-in ilk “altılığ”a çıxa bilməyəcəyi gözlənilən idi. Düzdür, gəncəlilər ilk dövrədə yaxşı çıxışı nəticəsində şansını saxlasa da, mövsümün 2-ci yarısında uğursuzluq “altılığ”a düşməyəcəyini hələ xeyli əvvəldən rəsmiləşməsi ilə nəticələndi. Hamıdan az – cəmi 1 qələbəsi, o da ilk turda olan MOİK-in çıxışını fiasko oldu. “Hərbçilər”in yenidən birinci divizionda oynayacağı şübhə doğurmur.
Maraqlıdır ki, “Standard”la “Karvan” təsnifat mərhələsini 11 və 12-ci yerdə bitirdilər və sonda da Premyer Liqadan gedən 2 komanda oldular. Ənənə qırılmasa, “Simurq”la MOİK birinci diviziona düşəcək.
2009/10 mövsümünün təsnifat mərhələsi
2010/11 mövsümünün təsnifat mərhələsi
Mehman SÜLEYMANOV

1 | İnter | 22 | 15 | 4 | 3 | 36-18 | 49 |
2 | Xəzər L | 22 | 12 | 8 | 2 | 29-11 | 44 |
3 | Qarabağ | 22 | 11 | 9 | 2 | 21-12 | 42 |
4 | Bakı | 22 | 10 | 7 | 5 | 22-17 | 37 |
5 | Qəbələ | 22 | 10 | 6 | 6 | 24-21 | 36 |
6 | Neftçi | 22 | 9 | 8 | 5 | 20-14 | 35 |
7 | Simurq | 22 | 9 | 7 | 6 | 26-21 | 34 |
8 | Olimpik-Ş | 22 | 6 | 7 | 9 | 20-23 | 27 |
9 | Turan | 22 | 4 | 5 | 13 | 23-32 | 17 |
10 | Muğan | 22 | 3 | 7 | 12 | 12-27 | 16 |
11 | Standard | 22 | 2 | 5 | 15 | 16-34 | 11 |
12 | Karvan | 22 | 2 | 5 | 15 | 17-36 | 11 |
2010/11 mövsümünün təsnifat mərhələsi
1 | Neftçi | 22 | 14 | 6 | 2 | 40-9 | 48 |
2 | Xəzər L | 22 | 14 | 5 | 3 | 28-12 | 47 |
3 | Qarabağ | 22 | 13 | 3 | 6 | 30-14 | 42 |
4 | İnter | 22 | 12 | 4 | 6 | 24-16 | 40 |
5 | AZAL | 22 | 9 | 9 | 4 | 27-16 | 36 |
6 | Bakı | 22 | 9 | 6 | 7 | 28-21 | 33 |
7 | Qəbələ | 22 | 8 | 7 | 7 | 19-14 | 31 |
8 | Muğan | 22 | 7 | 6 | 9 | 14-23 | 27 |
9 | Gəncə | 22 | 5 | 9 | 8 | 23-27 | 24 |
10 | Turan | 22 | 3 | 6 | 13 | 17-35 | 15 |
11 | Simurq | 22 | 2 | 6 | 14 | 12-34 | 12 |
12 | MOİK | 22 | 1 | 3 | 18 | 6-47 | 6 |
Mehman SÜLEYMANOV
0
0