Premyer Liqanın formatı dəyişməsəydi...
28.02.2011 - 14:40
Azərbaycan Premyer Liqasının təsnifat mərhələsi başa çatıb. İlk XXII turda münasibətlərini ayırd edən 12 komanda final mərhələsində 2 qrupda mübarizə aparacaq. Həmin komandalar yarışı əvvəlki oyunların hamısında toplanan xallarla davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, ötən mövsüm tətbiq olunan “qızıl xallar” prinsipi ləğv olunmasaydı, turnir cədvəlində dəyişikliklər olardı. Söhbət hər 2 “altılıq”da yer alan klubların mövqelərindəki dəyişikliklərdən gedir.
Premyer Liqanın formatı dəyişməsəydi, ilk 6 pillənin iştirakçılarının mübarizə apardığı 1-ci “altılıq”da 2 yerdəyişmə var. Güclülərin qənimi olub, zəiflərlə matçlarda xallar itirən “Xəzər Lənkəran” hazırda lider “Neftçi”dən 1 xal geri qalır. Lakin “qızı xallar” tətbiq olunsaydı, lənkəranlılar zirvədə qərarlaşardı. Onlar paytaxt təmsilçisini 3 xal geridə qoyacaqdı.
Real turnir cədvəlində 3-cü olan “Qarabağ”la 5-ci olan AZAL ötən mövsümkü sistemə əsasən yerlərini dəyişəcəkdi. Bu, “təyyarəçilər”in 2 lider istisna olmaqla digər komandaların hərəsindən 4 xal alması ilə əlaqədardır. “İnter”lə “Bakı” isə hər 2 halda, müvafiq olaraq 4 və 6-cı pillədə yer alıb.
2-ci “altılıq”da isə cəmi 1 dəyişiklik var. Bu da “Gəncə” və “Muğan” arasında yerdəyişmədir. Qərblilər top fərqinə görə salyanlıları arxada qoyub. Hərçənd indiki sistemə əsasən onlar rəqibindən öndədir.

1. | Xəzər Lənkəran | 10 | 5 | 4 | 1 | 11 -6 | +5 | 19 |
2. | Neftçi | 10 | 4 | 4 | 2 | 8 - 5 | +3 | 16 |
3. | AZAL | 10 | 3 | 4 | 3 | 12 - 7 | +5 | 13 |
4. | İnter | 10 | 3 | 3 | 4 | 7 - 14 | –7 | 12 |
5. | Qarabağ | 10 | 3 | 2 | 5 | 6 - 9 | –3 | 11 |
6. | Bakı | 10 | 2 | 3 | 5 | 9 - 12 | –3 | 9 |
1. | Qəbələ | 10 | 6 | 3 | 1 | 13 - 1 | +12 | 21 |
2. | Gəncə | 10 | 3 | 6 | 1 | 13 - 5 | +8 | 15 |
3. | Muğan | 10 | 4 | 3 | 3 | 8 - 10 | –2 | 15 |
4. | Turan | 10 | 3 | 5 | 2 | 11 - 8 | +3 | 14 |
5. | Simurq | 10 | 1 | 5 | 4 | 7 - 13 | –6 | 8 |
6. | MOİK | 10 | 1 | 2 | 7 | 4 - 19 | –15 | 5 |
- Kloppla birlikdə Saneyə milli qapısı bağlanır
- Ölkələr açıqlandı: 2028 və 2029-cu illərin avrokubok finalları bu stadionlarda
- Pepedən De Paula sərt sözlər: “Bizim dövrümüzdə oynasaydı...”
- Boliviyada şok haidsə: “3 qol burax, yoxsa ailəni öldürəcəyik”
- Ruben Neveşə qarşı Jota təxribatı: Federasiya açıqlama yaydı
0
0