İntizamsızlar - STATİSTİKA
01.03.2011 - 00:05
İntizamsızlar - STATİSTİKA
Azərbaycan Premyer Liqasında qısa fasilə yaranıb. Apasport.az saytının məlumatına görə, başa çatan təsnifat mərhələsində 22 qırmızı vərəqə qeydə alınıb. Bunlar arasında meydana çıxmadan qovulan da olub ki, Xalidu Sissoko ehtiyat oyunçular skamyasından kənarlaşdırılıb.

Çempionatın intizamsız oyunçularına gəlincə, 21 nəfər müxtəlif səbəblərdən qarşısında qırmızı görüb. Onlardan biri – Əziz Quliyev Premyer Liqanın rekordçusu olub. Belə ki, o, cari mövsüm meydandan 2 dəfə qovulan yeganə oyunçudur. Lakin rusiyalı legionerin bu göstəricini daha da artırmağı istisna deyil.

Klublara gəlincə, “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter”in oyunçuları qırmızı vərəqə almayıb. Maraqlıdır ki, bu 4 komanda turnir cədvəlinin ilk 4 pilləsində qərarlaşıb. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, intizam olan yerdə nəticə də var.

Ən intizamsızların siyahısına isə “Bakı” başçılıq edir. 6 futbolçusu 7 qırmızı vərəqə alan paytaxt təmsilçisi MOİK-i 2 vərəqə qabaqlayır. Ən sərt hakim olan Vüsal Əliyev 6 dəfə belə oyunçuları qovmağı lazım bilib. Fariz Yusifovla Elvin Əsgərov 4 dəfə buna ehtiyac duyub.

Futbolçular

Bakı

Əziz Quliyev – 2 dəfə

MOİK

Amiran Qventsadze – 1 dəfə

Muğan

Cavad Mirzəyev – 1 dəfə

MOİK

Davud Kərimi – 1 dəfə

MOİK

Elçin Həşimov – 1 dəfə

Bakı

Emin Cəfərquliyev – 1 dəfə

MOİK

Fərid Həşimzadə – 1 dəfə

Bakı

İbrahim Karqbo – 1 dəfə

Qəbələ

Lyubo Baranin – 1 dəfə

Gəncə

Mətləb Məmmədov – 1 dəfə

Qəbələ

Milan Antiç – 1 dəfə

MOİK

Nuran Qurbanov – 1 dəfə

Gəncə

Rafael Əmirbəyov – 1 dəfə

Gəncə

Ramal Hüseynov – 1 dəfə

Simurq

Rasim Ramaldanov – 1 dəfə

Turan

Romuald Onana – 1 dəfə

Bakı

Silvinyo Joao de Karvalyo – 1 dəfə

Muğan

Taqim Novruzov – 1 dəfə

Bakı

Vadim Borets – 1 dəfə

AZAL

Vüsal Qarayev – 1 dəfə

Bakı

Xalidu Sissoko – 1 dəfə



Klublar

Bakı

7

MOİK

5

Gəncə

3

Qəbələ

2

Muğan

2

AZAL

1

Simurq

1

Turan

1



Hakimlər

Vüsal Əliyev

6

Elvin Əsgərov

4

Fariz Yusifov

4

Əfqan Həmzəyev

2

Elçin Məmmədov

2

Əliyar Ağayev

1

Elnur Muradov

1

Ramil Diniyev

1

Rəhim Həsənov

1