“Səviyyəm bütün klublarınızda oynamağa imkan verir” - MÜSAHİBƏ
28.02.2011 - 18:12
AZAL klubunun mərakeşli futbolçusu Zohair Benouahinin apasport.az saytına müsahibəsi
- Çoxları komandanızın “Bakı” ilə oyununda heç-heçə qeydə alınacağını proqnozlaşdırırdı. Doğurdan da xallar yarı bölündü. Nəticə gözlənilən idi?
- AZAL bu matçda mütləq 3 xal qazanmaq istəyirdi. Çünki xal ehtiyatımızı artırmalı idik. Ancaq görüş heç-heçə başa çatdı. Oyunun baxımlı alınmamağı fikri ilə razıyam. Bu da “Bakı”dan qaynaqlanırdı. Onlar meydana 1 xal qazanmaq üçün çıxmışdılar. Belə olan halda, ilk “altılıq”dakı yerlərini təmin edəcəkdilər. Ancaq indiki məqamda AZAL-ın kiməsə xal verməsi mümkün deyil. Burda başqa nüanslar axtarmağa dəyməz. Özüm müsəlmanam. Əgər görsəydim ki, komandalardan hansısa biri əyri yola əl atıb, heç meydana çıxmazdım. Üstəlik, heyətdəki oyunçuların əksəriyyəti yerli uşaqlardır. Onlar yaxşı futbolçulardır. Ancaq adaptasiya üçün müəyyən vaxt lazımdır. Zədəm tam sağalmayıb. Hələ ki, əvvəlki Zohair deyiləm. Tədricən formaya düşəcəyimə inanıram.
- Premyer Liqanın əsas mərhələsi başa çatdı. Başa çatan mərhələni necə dəyərləndirirsən?
- Məncə, AZAL üçün nə yaxşı, nə də pis alındı. Normal dəyərləndirərdim. Təbii ki, fasilədə rəqiblərimizin əksəriyyəti heyətini kifayət qədər gücləndirib.
- Artıq 7 oyundur AZAL qələbə qazana bilmir. Mövsümə yaxşı start verən komandanızın uğursuz seriyasının səbəbini nə ilə izah edə bilərsən?
- 3-4 əsas oyunçumuz zədəlidir. Təbii ki, fasilə zamanı heyəti gücləndirmək məqsədi ilə yeni futbolçular transfer edildi. Yeni komandaya daxil olan oyunçu üçün hər şeyə bir gündə öyrəşmək asan deyil. Buna görə də həmin oyunçulara uyğunlaşmaq üçün vaxt lazımdır. Yeni transfer edilən futbolçunun meydana daxil olub, birdən-birə oyunun axarını dəyişməsi çox çətindir.
- Əsas mərhələ mükafatlara iddialı komandalar üçün xal ehtiyatını artırmaq axımından əhəmiyyətli idi. Ancaq AZAL bu şansdan lazımınca istifadə edə bilmədi. Komandanız üçün “altılıq” oyunlarında xal qazanmağın çətin olacağı fikri ilə razılaşırsanmı?
- İlk “altılığ”a düşmək AZAL üçün böyük nəticədir. Öz adımdan onu deyə bilərəm ki, zədəm həm mənə, həm də komandama problem yaratdı.
- Elə AZAL-ın uğursuzluğunu sənin yoxluğunla bağlayanlar da az deyil.
- AZAL təkcə Zohair demək deyil. Futbol kollektiv oyundur və qazanılan hər bir nəticədə klubdakı hər kəsin əməyi var. Əlbəttə, mənim yoxluğumun da müəyyən təsiri oldu.
- İlk “altılığ”a düşməyi uğur sayırsan. Bəs mükafatlar uğrunda mübarizədə hansı nəticəyə ümid edirsən?
- Əvvəlcədən nəsə deyə bilmərəm. Ən yaxşı halda, ikinci və ya üçüncü pilləni tuta bilərik. Çox çətin olacaq. Komandaların hamısı avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Biz də onlardan biri olacağıq.
- Bəs çempionluq uğrunda mübarizədə hansı komandanı şanslı sayırsan?
- “Xəzər Lənkəran”ı. Onlar fasilədə çox yaxşı transferlər etdilər.
- “Xəzər Lənkəran”dan söz düşmüşkən, adın bu komanda ilə yanaşı çəkilirdi. Onlardan təklif almısan?
- Bunu mən də eşitmişəm. Təkcə “Xəzər Lənkəran”a deyil, “Qarabağ” və “İnter”ə də keçəcəyimlə bağlı müəyyən informasiyalar yayılmışdı. Ancaq hələ AZAL-la müqaviləm var. İndi bütün diqqətimi əvvəlki formamı bərpa etməyə və yüksək səviyyədə oynamağa yönəltmişəm. Gücümə bələdəm. Səviyyəm bütün klublarınızda oynamağa imkan verir.
- Yayda təklif alsan, dəyərləndirəcəksənmi?
- Həmişə iddialı və güclü komandalarda oynamağı arzulamışam. Niyə də olmasın. Ancaq təklif alsam, əvvəlcə həmin təklifə baxacam, hansı komandadandır, məqsədləri nədir və s. Yəni hər şeyi zaman göstərəcək.
- Bu həftə ölkə kubokunun 1/4 final mərhələsinin oyunları keçiriləcək. Reallığı nəzərə alsaq, çempion olmaq şansınız çox çətindir. Belə olan təqdirdə, avrokuboklara vəsiqə qazanmaq üçün bütün gücünüzü kuboku qazanmağa sərf edəcəyinizi düşünmək olarmı?
- Liderdən 11 xal geridə qalırıq. Reallığı nəzərə alsaq, onlara çatmaq və keçmək çox çətindir. Ona görə də ölkə kubokunda uğurlu çıxış etməliyik. Avropaya ən kəsə yol hesab edilən kubokda ən azı finala vəsiqə qazanmalıyıq. Bunu edə bilsək, fikrimcə, avrokuboklarda çıxış etmək hüququ qazanacağıq.

0
0