Azərbaycan çempionatından Latviyaya
01.03.2011 - 09:37
Azərbaycan çempionatından Latviyaya
Tovuzun “Turan” klubunun sabiq futbolçusu Yuri Ksenzov özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, latviyalı müdafiəçi karyerasını vətənində davam etdirəcək. Təcrübəli futbolçu “Yelqava” klubunun uğurları üçün çalışacaq. Azərbaycanla yanaşı Belarusda da legioner həyatı yaşamış Yuri yeni komandasının əsas oyunçularından biri olmalıdır. Ona böyük ümidlər bəsləyən “Yelqava” rəhbərliyi komandada böyük islahatlar da aparıb.

Qeyd edək ki, cari mövsümün 2010-cu ilə aid hissəsində “Turan”da oynamış Yuri Premyer Liqada 4 oyun keçirib.