III hissəli “Neftçi” - “Xəzər Lənkəran” tamaşası: I pərdə açılır
01.03.2011 - 11:40
3 aylıq fasilədən sonra Azərbaycan kubokunda mübarizə start götürür. Apasport.az saytının məlumatına görə, Premyer Liqada “altılığ”ın startınadək ölkə kubokunda 1/4 final mərhələsinin görüşləri keçiriləcək. AZAL-la “Abşeron” ilk oyunlarını eyni stadionunda keçirdiyindən, “təyyarəçilər”in “Turan”la görüşü sabah təyin olunub. Əsas qarşılaşmalar isə ertəsi gün baş tutacaq.
Sözsüz ki, bu mərhələdə əsas diqqət “Neftçi” – “Xəzər Lənkəran” matçına yönəlib. Artıq 7 ildir çempionatımızda əsas derbinin iştirakçıları olan komandalar ilk dəfə ölkə kubokunda görüşəcək. Özü də təqvimə görə “Böyük oyun” iştirakçıları elə bu ayda “altılığ”ın 2-ci turunda üzləşəcəyindən, azarkeşləri 3 həftədə 3 maraqlı oyun gözləyir.
Kubokda evdə qol buraxmadan qalib gəlmək vacibdir ki, bunu nəzərə alan “Neftçi” Lənkərandakı çətin cavab oyunu öncəsi bu üstünlüyə malik olmalıdır.
Ölkə kubokunda yeganə I divizion təmsilçisi olan “Abşeron” isə “İnter”lə ilk dəfə görüşəcək. Premyer Liqaya çıxmağa iddialı I divizion liderini son çempionumuzla çətin sınaq gözləyir. Cari mövsümdə uduzmayan “Abşeron”un gücünə çempionluğa iddialı rəqiblə oyunda qiymət veriləcək. Özü də oyunun “İnter”in uzun müddətə icarəyə götürdüyü “Şəfa”da keçiriləcəyini nəzərə alsaq, “bankirlər” nominal qonaqlar olacaq.
Digər 2 cütü təşkil edənlər isə kubokdan bir-birlərinə tanışdır. “Turan” AZAL “Olimpik” adlanan dövrdə 2006/07 mövsümündə 1/8 finalda onunla görüşüb. Tovuzda 2:0 hesabı ilə qalib gələn meydan sahibləri Bakıdakı cavab görüşündə minimal hesabla uduzaraq (0:1), mübarizəni davam etdirdi.
“Qəbələ” ilə “Bakı” isə 2007/08 mövsümündə 1/4 finalda üz-üzə gəliblər. Hər iki oyun 1:1 hesabı ilə nəticələnmişdi. Qəbələdə keçirilən cavab görüşündə qalibi müəyyənləşdirmək üçün oyun sonrası penaltilər seriyasına ehtiyac duyuldu və bunda meydan sahibləri üstün oldu.
Premyer Liqada yerini qorumağa çalışan “Turan”dan fərqli, “Qəbələ” “altılığ”a düşməyə iddialı olsa da, sonda ondan kənarda qaldı. İndi onun avrokuboklara çıxmaq üçün yeganə şansı ölkə kubokundan keçir. Bu mənada “Qəbələ” 6-cı pilləyə yüksələrək, onu “altılıq”dan kənarda qoyan “Bakı” ilə mühüm sınaqdan üzüağ çıxmağa çalışacaq.
2 mart
16:00. AZAL – “Turan”
Bakı. “Şəfa” stadionu
3 mart
14:00. “Abşeron” – “İnter”
Bakı. “Şəfa” stadionu
14:00. “Qəbələ” – “Bakı”
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
18:00. “Neftçi” – “Xəzər Lənkəran”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

0
0