“Gənclər” + “təyyarəçilər” = 200
01.03.2011 - 11:57
“Gənclər” + “təyyarəçilər” = 200
Sabah keçiriləcək AZAL – “Turan” oyunu meydan sahibləri üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun 1/4 finalının ilk oyunu paytaxt təmsilçisinin tarixində 200-cü yubiley matçıdır.

2004-cü ilin payızında AMMK (Azərbaycan Beynəlxalq Gənclər Komitəsinin rus dilində abreviaturası - red) adı altında yaranan komanda sonradan “Olimpik”, “Olimpik-Şüvəlan” adlarını da daşıyıb. 7 il əvvəl oktyabrda Azərbaycan çempionatının I dəstəsinin ilk turunda “Ədliyyə-2” ilə qolsuz heç-heçə edən “gənclər” bu müddətdə “təyyarəçi”yə də çevrildilər, 200-cü oyuna da çatdılar.

Qeyd edək ki, AZAL-ın heyətində yalnız 1 nəfər – nigeriyalı futbolçu Usim Nduka komanda yaranan gündən klubdadır.

2004/05 (AMMK)

Çempionat, I dəstə

14

 

Kubok

2

2005/06 (Olimpik)

Çempionat

26

 

Kubok

4

2006/07

Çempionat

24

 

Kubok

4

2007/08

Çempionat

26

 

Kubok

6

2008/09

UEFA kuboku

2

 

Çempionat

26

 

Kubok

4

2009/10 (Olimpik-Şüvəlan)

Çempionat

32

 

Kubok

6

2010/11 (AZAL)

Çempionat

22

 

Kubok

1

Cəmi

I dəstə

14

 

Premyer Liqa

156

 

Kubok

27

 

Avrokubok

2

 

CƏMİ

199

0