Samir Zərgərov klub rəhbərliyinə yol göstərdi: Güclənmək lazımdır
01.03.2011 - 12:32
“Birinci mövsüm olmasına baxmayaraq, komandamız pis təsir bağışlamadı. Növbəti mövsümdən ilk “altılıq” uğrunda mübarizə aparacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun yarımmüdafiəçisi Samir Zərgərov deyib.
Son oyunda “Qəbələ” ilə heç-heçə edən qərb təmsilçisi əsas mərhələni 9-cu pillədə başa vurdu. 24 xal toplayan debütant ikinci “altılıq”da mübarizə aparıb, Premyer Liqadakı yerini qorumağa çalışacaq.
Klub rəhbərliyi fasilə zamanı daha çox gələn mövsümü düşünərək, transfer edəcəklərini bildirmişdi. Ancaq Zərgərov ilk “altılıq” üçün mübarizədə hazırkı heyətin qənaətbəxş olmadığını vurğulayıb: “Bu heyət kifayət deyil, güclənmək lazımdır. Daha yaxşı legionerlər dəvət etməyə ehtiyac var. Düzdür, hazırkı əcnəbilər pis deyillər. Ancaq məqsədə nail olmaq üçün onlardan da güclülərini komandaya dəvət etmək gərəkdir”.
“Qəbələ” ilə matçda sol cinah müdafiəçisi kimi çıxış edən futbolçu bunun zərurətdən yarandığını bildirdi: “Müdafiənin sol cinahında özümü normal hiss edirəm. “Qəbələ” ilə oyunda 10 nəfərlə qaldığımıza görə, sona qədər müdafiədə oynadım. Məncə, pis alınmadı”.
Son vaxtlar “Gəncə”nin adı digər klublar tərəfindən stimullaşdırmada hallanır. Ancaq müdafiəçi bunu qəbul etmir: “Gəncə”nin bir məqsədi var: öz adını və nüfuzunu qorumaq. Kimin çempion olmasının bizim üçün fərqi yoxdur”.

0
0