Azərbaycan kuboku: Debüt və qayıdış
01.03.2011 - 13:01
Bu il Azərbaycan kubokunda ilk oyunlar debüt və qayıdışla əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun latviyalı baş məşqçisi Aleksandr Starkov kubokda siftəni martın 3-də 1/4 final mərhələsinin ilk oyununda Qəbələdə edəcək.
Təcrübəli mütəxəssis Premyer Liqada “altılıq” uğrunda mübarizədə üstün olduğu “Qəbələ” klubunun qonağı olacaq. Vətənində ən titullu məşqçi olan Starkovun kubokda çox nailiyyətləri olub. Belə ki, 56 yaşlı mütəxəssis böyük uğurlar qazandırdığı Riqanın “Skonto” klubu ilə 6 dəfə (1995, 97, 98, 2000, 01, 02-ci illərdə) ölkə kubokunun qalibi olub.
Starkovdan fərqli, “Turan”ın baş məşqçisi Naci Şensoy Azərbaycan kubokunun həyəcanını yaşayıb. Bu da sabah 1/4 finalda AZAL-ın qonağı olacaq türkiyəli mütəxəssisin artıq 3-cü dəfədir Tovuz təmsilçisini çalışdırması ilə bağlıdır. Şensoyun ölkəmizdə fəaliyyətinə başladığı ilk vaxtda (2001/02 mövsümü) çempionatımız yarımçıq qaldığından, həmin mövsümün nəticələri sayılmır.
Ölkəmizə ikinci dəfə 2004-cü ilin yayında gələn Şensoy kubokda mövsümü (2004/05) tam keçirdi. Ancaq onun üçün elə debüt uğursuzluqla nəticələndi. Belə ki, Şensoy artıq 1/8 final mərhələsində “MKT-Araz”a 1/8 finalda 2 oyunun nəticəsinə, daha doğrusu öz meydanında buraxılan qola görə (evdə 2:1, səfərdə 0:1) uduzaraq, mübarizəni dayandırdı.
Şensoy növbəti mövsümdə (2005/06) “Turan”ı 1/4 finala çıxarsa da, bu, asanlıqla başa gəlmədi. Belə ki, tovuzluların ilk 2 mərhələdə rəqibləri olan I divizion təmsilçiləri ona çətin anlar yaşatdı. “Turan” Zaqatalanın “Simurq” (evdə 2:1, səfərdə 1:1) və Xanların “Göy-göl” klubunu (evdə 1:0, səfərdə 0:0) minimal üstünlüklə keçdi. Komanda 1/4 finalda “Neftçi” qarşısına Şensoysuz çıxdı. Çünki o, qış fasiləsində “Turan”ın böyük dəyişiklərdən, iddiasının azalmasından sonra postunu tərk etdi. Tovuz klubu Şensoyun köməkçisi olmuş, onun gedişindən sonra baş məşqçi vəzifəsinə keçən Sakit Alıyevin rəhbərliyi altında “Neftçi”yə uduzaraq (evdə 0:0, səfərdə 0:3) mübarizəni dayandırdı.
Göründüyü kimi, Şensoyun qayıdışı “Turan”ı son olaraq çıxardığı 1/4 finala təsadüf edib.
Qeyd edək ki, hazırkı kubok uğrunda yarışan digər 6 baş məşqçi – Arif Əsədov (“Neftçi”), rumıniyalı Mirça Rednik (“Xəzər Lənkəran”), Nazim Süleymanov (AZAL), ingilis Toni Adams (“Qəbələ”), Mirbağır İsayev (“Abşeron”) və gürcü Kaxaber Sxadadze (“İnter”) turnirin startından iş başındadırlar.

0
0