Ruslan Abışov: Bu, mənim şəxsi fikrimdir
01.03.2011 - 13:30
“Bildiyiniz kimi, kubok oyunlarında nəticə bir matçdan asılı deyil. Bizi iki gərgin qarşılaşma gözləyir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışov deyib.
Paytaxt təmsilçisinin əsas heyət oyunçularından olan Abışov mövsüm sonunda “qızıl dubl” etmək haqda düşünür. Təbii ki, bunun üçün ölkə kubokunun 1/4 final mərhələsində “Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdırmaq lazımdır.
Milli komandanın da formasını geyinən müdafiəçi bunu bacaracaq gücdə olduqlarını və kubokun finalında oynamaq istədiklərini bildirib: “İstəyirik ki, yarımfinala yüksələk. Buna gücümüz də yetər. Ümumiyyətlə, ölkə kubokunun finalında oynamaq daha maraqlı olardı. Bu, mənim şəxsi fikrimdir. Bunu reallaşdırmaq üçün “Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdırmalıyıq”.
Premyer Liqanın başa çatan əsas mərhələsi haqda da fikirlərini səsləndirən futbolçu gərgin mübarizənin getdiyini qeyd edib: “Əsas mərhələni birinci yerdə başa vurduq və işlər qaydasındadır. İlk “altılıq”dakı oyunların hər biri isə finala bərabər matç olacaq. Komandaların hər birinin öz üstünlüyü var. Bəzilərinin hücum, digərlərinin isə müdafiə xətti güclüdür. Biz sonaddək mübarizə aparacağıq”.

0
0