Qyoko Hacıyevski: Klub rəhbərliyi istefamı qəbul etmədi
01.03.2011 - 14:27
“Klub rəhbərliyi ilə görüşüm oldu. Öz meydanımızda “Muğan”a məğlubiyyətdən sonra istefa verməyə hazır idim. Ancaq rəhbərlik bunu qəbul etmədi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
“Bakı”nı çalışdırdığı vaxtda (2007-09) Azərbaycan çempionu olan makedoniyalı mütəxəssis indi tam fərqli vəzifəni yerinə yetirir. “Simurq”un Premyer Liqada yerini qorumasına çalışan Hacıyevski təsnifat mərhələsini 11-ci yerdə bitirdi.
O, getmək fikrinə düşsə də, rəhbərlik buna əngəl olub: “Mən məsuliyyətli insanam. Komanda turnir cədvəlində sondan əvvəlki pillədə qərarlaşıb. Getməyə hazır idim. Rəhbərliklə görüşüb, danışmağı vacib saydım. Onlar vəzifəmdə fəaliyyətimi davam etdirməyimi istədilər. Komandanın daha çox çalışması tövsiyə edildi. Artıq Bakıda hazırlığa start vermişik, bu gün komandanı məşqə də çıxarmışam”.
İmicini itirmək istəməyən Hacıyevski “Simurq”la cari mövsümün sonuna kimi üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. 56 yaşlı çalışdırıcı bundan sonrasını zamanın ixtiyarına buraxır: “Komanda I diviziona düşərsə, qalacağam? Mən indi bu haqda düşünmək istəmirəm. Rəhbərlik Premyer Liqada qalmağı qarşımıza vəzifə qoyub. Mən də öz təcrübəmlə buna nail olmağa çalışıram. İnanıram ki, məqsədimizə çatacağıq”.

0
0