“Neftçi” istəyinə çatdı
01.03.2011 - 14:42
“Neftçi” istəyinə çatdı
"Qalatasaray"la "Neftçi" arasında imzalanan ikitərəfli rəsmi müqavilə İstanbul rəsmiləri tərəfindən təsdiqlənib. Apasport.az saytının məlumatına görə, hər iki komandanın rəsmiləri arasında aparılan danışıqlar müsbət nəticələnib. Klublar arasında əlaqələri genişləndirmək məqsədi güdən sazişdə, bir çox vacib bəndlər yer alıb.

İkitərəfli müqaviləyə əsasən, 2011/2012-ci ildə "Neftçi" ilə "Qalatasaray" yoldaşlıq görüşlərində qarşı-qarşıya gələcək. Bu matç hələ 2 ay əvvəl yanvarda keçirilməli olsa da, qeyri-müəyyən vaxta təxirə salınmışdı.

"Neftçi"nin gənc futbolçuları da bu sazişdən yararlana biləcəklər. Belə ki, müxtəlif yaş qruplarında yer alan futbolçular bundan sonra Türkiyə təmsilçisinin düşərgəsində məşq edərək, təcrübələrini artıra biləcəklər. "Neftçi"nin məşqçilər korpusunda yer alan mütəxəssislərdə "Qalatasaray"ın məşqlərini izləmək imkanı yaxalayacaqlar. Həmçinin, İstanbul klubu ölkəmizdə "Qalatasaray" futbol məktəbi açmağı planlaşdırır, bunun Azərbaycanda yeganə brendi "Neftçi" olacaq.
0