Lakin 9 nəfərlik yerli ilə 7 əcnəbinin duellərində hər 2 “ordu”nun öz “sərkərdə”si və öz “əsgər”i var. Bizim düşərgədə MOİK-li əsgər Ramil Əliyev və artıq istefada olan Sakit Alıyev gəlmələrə xal verməklə az qala ad çıxarıb. Qonaqlar arasında isə Qyoko Hacıyevski ilə Almir Hurtiç zəiflər sırasındadır.
Əks cəbhənin qənimləri isə çempionatın liderləri Mirça Redniklə Arif Əsədovdur. Rumıniyalı azərbaycanlı həmkarlarına 2 dəfə uduzsa da, bu matçların 3/4-də istəyinə çatıb. Bütün məğlubiyyətlərini gəlmələrdən alan Arif Əsədov mümkün xalların 2/3-ni toplayıb ki, bu da yerlilər arasında ən yaxşı nəticədir.
Düzdür, Bəhmən Həsənov da eyni göstəriciyə malikdir. Lakin o, nisbətən az oyunda qüvvəsini sınayıb.
Maraqlıdır ki, 2 ən yaxşı məşqçi qarşıdakı həftədə 2 dəfə üz-üzə gələcəklər. Cari mövsüm artıq 2 dəfə üz-üzə gələn çalışdırıcıların duelində Əsədov qələbəyə həsrət qalıb – 0:1, 0:0.
1 | Mirça Rednik | 11 | 8 | 1 | 2 | 15-7 | 25 | 75,76 |
2 | Arif Əsədov | 14 | 8 | 4 | 2 | 22-6 | 28 | 66,67 |
3 | Bəhmən Həsənov | 5 | 3 | 1 | 1 | 4-3 | 10 | 66,67 |
4 | Qurban Qurbanov | 13 | 8 | 1 | 4 | 17-10 | 25 | 64,10 |
5 | Vinfred Şafer | 10 | 6 | 1 | 3 | 19-11 | 19 | 63,33 |
6 | Nazim Süleymanov | 12 | 6 | 4 | 2 | 19-10 | 22 | 61,11 |
7 | Naci Şensoy | 2 | 1 | 0 | 1 | 3-5 | 3 | 50,00 |
8 | Kaxaber Sxadadze | 12 | 5 | 2 | 5 | 12-12 | 17 | 47,22 |
9 | Toni Adams | 12 | 3 | 6 | 3 | 8-9 | 15 | 41,67 |
10 | Revaz Dzodzuasvili | 6 | 2 | 1 | 3 | 7-8 | 7 | 38,89 |
11 | Aleksandr Starkov | 2 | 0 | 2 | 0 | 1-1 | 2 | 33,33 |
12 | Fuad İsmayilov | 12 | 2 | 6 | 4 | 10-11 | 12 | 33,33 |
13 | Qyoko Hacıyevski | 12 | 1 | 4 | 7 | 9-19 | 7 | 19,44 |
14 | Almir Hurtiç | 7 | 0 | 3 | 4 | 4-11 | 3 | 14,29 |
15 | Sakit Alıyev | 5 | 0 | 2 | 3 | 4-10 | 2 | 13,33 |
16 | Ramil Əliyev | 13 | 1 | 2 | 10 | 5-28 | 5 | 12,82 |
Premyer Liqanın daha 32 görüşündə 2 legioner baş məşqçi üz-üzə gəlib. Bu qarşılaşmalarda yalnız Aleksandr Starkov 100 faizlik nəticəyə malikdir. Lakin latviyalı cəmi 1 belə duelin iştirakçısı olub. Bu isə o deməkdir ki, onun xal itkiləri hələ qabaqdadır. Digərlərinə gəlincə, Kaxaber Sxadadzenin göstəricisi diqqət çəkir.
1. | Aleksandr Starkov | 1 | 1 | 0 | 0 | 1 - 0 | 3 | 100,00 |
2. | Kaxaber Sxadadze | 10 | 7 | 2 | 1 | 12 - 4 | 23 | 76,67 |
3. | Mirça Rednik | 11 | 6 | 4 | 1 | 13 - 5 | 22 | 66,67 |
4. | Toni Adams | 10 | 5 | 1 | 4 | 11 - 5 | 16 | 53,33 |
5. | Almir Hurtiç | 6 | 2 | 2 | 2 | 2 - 3 | 8 | 44,44 |
6. | Vinfred Şafer | 9 | 2 | 3 | 4 | 7 - 9 | 9 | 33,33 |
7. | Qyoko Hacıyevski | 10 | 1 | 2 | 7 | 3 - 15 | 5 | 16,67 |
8. | Revaz Dzodzuasvili | 6 | 0 | 2 | 4 | 2 - 9 | 2 | 11,11 |
9. | Naci Şensoy | 1 | 0 | 0 | 1 | 0 - 1 | 0 | 0,00 |
Mövsüm ərzində vur-tut 26 matçda əcnəbi mütəxəssisə təsadüf olunmayıb. Gəlmələr olmayan yerdə də Arif Əsədov “at oynadıb”. O, həmyerlilərinə yalnız 2 xal “bağışlayıb”. Bu siyahıda 2-ci pillədə Qurban Qurbanovdur. Ramil Əliyevlə Sakit Alıyev isə azərbaycanlıların duellərində qələbə də qazanmayıb.
1. | Arif Əsədov | 8 | 6 | 2 | 0 | 18 - 3 | 20 | 83,33 |
2. | Qurban Qurbanov | 9 | 5 | 2 | 2 | 11 - 4 | 17 | 62,96 |
3. | Bəhmən Həsənov | 4 | 2 | 0 | 2 | 4 - 6 | 6 | 50,00 |
4. | Nazim Süleymanov | 10 | 3 | 5 | 2 | 8 - 6 | 14 | 46,67 |
5. | Fuad İsmayılov | 10 | 3 | 3 | 4 | 13 - 16 | 12 | 40,00 |
6. | Sakit Alıyev | 2 | 0 | 1 | 1 | 1 - 2 | 1 | 16,67 |
7. | Ramil Əliyev | 9 | 0 | 1 | 8 | 1 - 19 | 1 | 3,70 |