“Turan”ın legioneri: Qapımızdan qol buraxmayacağıq
01.03.2011 - 16:38
“İnşallah, daha yaxşı oynayacağıq. Sabah qapımızdan qol buraxmayacağıq. Əsas heyətdə meydana çıxacağam. Çünki taktiki məşqlərdən bunu hiss edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın müdafiəçisi Muammer Erdoğdu deyib.
“Qarabağ”la çempionat oyununda qapısından 5 top buraxan “Turan”ın müdafiə xəttinin bərbad olması açıq-aydın sezilirdi. Bunu təsdiqləyən türkiyəli legioner AZAL-la matçda fərqli komandanı görcəyimizi deyib.
Cəzalı olduğu üçün son 4 matçda meydana çıxmayan Erdoğdu oyun praktikası baxımından heç bir problemlə qarşılaşmadığını qeyd edib: “Bəli, 4 oyundur komanda yoldaşlarıma kömək edə bilmirdim. Əvvəllər də zədəli olduğuma görə, bir müddət yaşıl meydanlardan kənarda qaldım. Ancaq döndükdən sonra hansısa problemlə qarşılaşmadım. Bu dəfə də nəsə olacağını gözləmirəm”.
Matç haqda da danışan müdafiəçi kubok oyunlarının fərqli məcrada davam etdiyini vurğulayıb: “Kubok oyunları fərqli olur. Psixoloji hazırlıq vacibdir. Qollu heç-heçə bizə sərf edir. Təbii ki, qol buraxmamağa çalışacağıq. Buna nə dərəcədə nail olacağımızı isə zaman göstərəcək”.
“Qarabağ”la oyunu unutduqlarını da dilə gətirən “Turan”ın üzvü uşaqların sabahkı matça kökləndiyini qeyd edib: “Qarabağ”la oyunu unutmuşuq. Heç kim belə olacağını gözləmirdi. Bu matçı bir qəza adlandırmaq olar. AZAL-la oyunumuz fərqli keçəcək”.

0
0