Nikolas Lomberts Azərbaycanla oyuna tələsir
01.03.2011 - 18:32
Nikolas Lomberts Azərbaycanla oyuna tələsir
Belçika millisinin futbolçusu Nikolas Lomberts Azərbaycan yığması ilə Avro-2012-nin seçmə mərhələsində martın 29-da ev oyununda meydana çıxa biləcək. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Zenit” klubunda oynayan təcrübəli mərkəz müdafiəçisi İsveçrənin “Yanq Boyz” klubu ilə Avroliqanın 1/16 final mərhələsində ilk oyundan aldığı zədəsinin müalicəsinin 2-3 həftəyə bitəcəyini düşünür: “Meydana çıxacağımla bağlı dəqiq proqnoz vermək istəməzdim. Ancaq bərpa prosesimin uzun müddət çəkəcəyini düşünmürəm. Ümid edirəm ki, 2-3 həftədən sonra futbol oynaya biləcəyəm. İndi hər gün 6-7 saat məşq edirəm. Mənim geniş fərdi hazırlıq planım var. Yaxın vaxtda Almaniyaya gedərək, orada daha bir bərpa kursu keçəcəyəm. Orada nə qədər qalacağım özümü necə hiss edəcəyim və bərpa prosesinin sürətindən asılıdır. Ancaq çətin ki, bu, 10 gündən çox olsun. Tam bərpa olunan kimi dərhal Sankt-Peterburqa yollanacağam”.
0