Bakıya gələn FİFA hakimi danışılmış oyuna pul qoyub
01.03.2011 - 19:01
Yunanıstanlı FİFA hakimi Sotiris Vergias Avroliqanın III təsnifat mərhələsi çərçivəsində “Makkabi” (İsrail) – “Olimpiakos” (Yunanıstan) oyunu ilə bağlı şok açıqlama verib. Apasport.az saytının məlumatına görə, Vergias ötən ilin avqustun 5-də Tel-Əvivdə keçirilən cavab görüşünün nəticəsinin əvvəlcədən razılaşdırıldığını bəyan edib. Onun iddiasına görə, oyun Yunanıstan futbolunda nüfuzlu şəxslər tərəfindən satılıb. FİFA referisi şübhələri ilə yerli telekanalların birində açıqlama verib.
Vergiasın sözlərinə görə, 4 yüksək futbol məmuru, o cümlədən “Olimpiakos”un prezidenti Vengelos Marinakislə tanınmış yunan hakim Kiros Vassaros “Makkabi”nin cavab oyununda qələbəsinə böyük məbləğdə pul qoyub. “Olimpiakos” evdəki ilk oyunda 2:1 hesabı ilə qalib gəlib. “Makabi” cavab görüşündə 1:0 hesablı qələbə qazanıb və Vergiasın iddiasına görə, bu, pul qoyan şəxslərə minlərlə dollar pul qazandırıb.
Yunanıstanda gözləyirlər ki, FİFA hakimi ictimaiyyətə ittihamların düz olduğunu sübut edən təsdiqləyən sənədlər təqdim edəcək. “Makkabi” isə bu şübhələrə reaksiya verməməyi üstün tutaraq, bunu qalmaqala bağlı olmamaqları ilə əlaqələndirib.
Qeyd edək ki, 45 yaşlı Vassaros 2002-ci ilin sentyabrında Azərbaycan və İtaliya milli komandalarının Bakıdakı rəsmı oyununu (0:2) idarə edib.

0
0