“İnter” yenə Rusiyaya gedir
02.03.2011 - 09:27
Bakının “İnter” klubu Rusiyanın Soçi şəhərində keçiriləcək uşaq-yeniyetmələr arasında beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, əməkdar idman xadimi və 1960-ci ildə Avropa çempionu olmuş Valentin Bubukinin xatirəsinə həsr olunmuş ənənəvi turnir martın 20-dən aprelin 4-dək keçiriləcək.
Rusiya Futbol İttifaqının bayrağı altında keçirilən yarışda Rusiya, Ukrayna və MDB-nin digər ölkələrindən olan ən güclü uşaq-yeniyetmə komandaları qatılacaq. Turnir 8 müxtəlif yaş kateqoriyaları üzrə keçiriləcək. "İnter" Soçidə 2 komanda ilə - 1999 və 2001-ci il təvəllüdlü futbolçulardan ibarət heyətlə təmsil olunacaq.
Qeyd edək ki, "İnter" bundan əvvəl də bu turnirdə iştirak edib və hətta 2009-cu ildə qalib adını qazanıb.
Mənbə: inter.az

0
0