Şəhriyar Rəhimov: Qarşımıza qalib gəlmək tapşırığı qoyulub - MÜSAHİBƏ
02.03.2011 - 09:40
Bakının “İnter” komandasının futbolçusu Şəhriyar Rəhimov klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Xəzər Lənkəran”la çempionat oyunu, həmçinin Azərbaycan kuboku ilə bağlı fikirlərini açıqlayıb.
- “Xəzər Lənkəran”dan məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
- Onlar bizi heç nədə üstələmədilər, sadəcə, matçın əvvəlində buraxılmış kobud səhvlər belə nəticəyə gətirib çıxardı. Bu səhvlərin səbəbləri, ola bilər, həddən artıq həyəcanlanmaqda gizlənir. Axı, oyun çox vacib xarakter daşıyırdı. Biz nadir hallarda belə səhvlərə yol veririk, lakin bu dəfə “Xəzər Lənkəran”la oyunun vacibliyi belə diqqətsizliyə gətirib çıxardı.
- Martın 3-də “İnter” Azərbaycan Kubokunda “Abşeron”la qarşılaşacaq. Bu matçla bağlı nə düşünürsünüz?
- Bu oyuna hazırlaşmaq üçün ixtiyarımızda bir neçə gün var. Buna görə də, bazar günü oynamış futbolçular çətin matçdan sonra bərpa prosesi keçirlər. Digər futbolçular da matça hazırlaşırlar. Qarşımıza qalib gəlmək tapşırığı qoyulub.
- Qız fasiləsi çətin alındı. Komanda “Birlik Kuboku”nda iştirak etdi. Bundan başqa, komanda iki dəfə Türkiyədə təlim-məşq toplanışında oldu. Necə fikirləşirsiniz, bu amil komandanın növbəti çıxışlarına təsir göstərə bilərmi?
- Bir tərəfdən qış fasiləsində biz çox sayda oyun keçirdik və cəmi bir həftə istirahət etdik. Digər tərəfdən böyük həcmli iş gördük, daim meydana çıxdıq və oyun əlaqələrini yaxşılaşdırdıq. Zənnimcə, Birlik Kubokunda iştirakımız bizə daha çox müsbət təsir etdi və “İnter”in mövsümün ikinci yarısındakı oyunlarına mənfi təsir göstərməyəcək.
- “İnter”in Azərbaycan Kubokunda şansını necə qiymətləndirirsiniz?
- 1/4 finala vəsiqə qazanmış bütün komandaların turnirdə qalib gəlmək şansı var. Bu mərhələni keçə bilsək, o zaman bizi yarımfinal və final gözləyəcək. Odur ki, hər şey bizim əlimizdədir. Öz oyunumuzu göstərməli, rəqibdən asılı olmayaraq qalib gəlməliyik. Bir də ki, ən güclü “Neftçi” - “Xəzər Lənkəran” cütünün qalibi ilə biz yalnız final mərhələsində qarşılaşa bilərik.

0
0