Admir Teli: Mən qol vuranda “Qarabağ” uduzmur
02.03.2011 - 14:50
Admir Teli: Mən qol vuranda “Qarabağ” uduzmur
“Adətən, bütün standart vəziyyətlərdə qol vurmaq üçün irəli gedirəm. Amma alınmırdı. “Turan”la oyunda qələbəni artıq rəsmiləşdirsək də, yenə də hücuma qoşuldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun futbolçusu Admir Teli deyib.

Komandasının rəsmi internet səhifəsinə açıqlama verən albaniyalı müdafiəçi Premyer Liqanın son turunda vurduğu qolu xatırlayaraq, avrokubok arzularından danışıb: “Hamı məndən başla qol gözləsə də, son 3 qolumu ayaqla vurmuşam. Əsas odur ki, mən qol vurduğum oyunlarda “Qarabağ” uduzmur. Əslində, işim rəqibə qol vurmağa imkan verməmək olsa da, bilirəm ki, özümün də qol vurmağımı gözləyirlər. Nə deyim? İnanıram ki, final mərhələsində daha çox qol vuraram. Final mərhələsindəki əsas hədəfimiz ən azı indiki mövqeyimizi qorumaqdır. Zənnimcə, çox gərgin oyunların şahidi olacağıq. Hər bir qələbənin çox böyük əhəmiyyəti olacaq. Premyer Liqanı ən azı 3-cü pillədə bitirib, avrokuboklara vəsiqə qazanmaq istəyirik”.