Sərcan Yıldırım “Lokomotiv”ə keçir
02.03.2011 - 15:02
Türkiyə millisinin hücumçusu Sərcan Yıldırım karyerasını Rusiyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, ötən mövsüm “Bursaspor”la ölkə çempionu adını qazanan futbolçu Moskva “Lokomotiv”i ilə 4 illik razılığa gəlib.
Onun transferi ruslar üçün 5,2 milyon avroya başa gəlib. Yıldırım isə “Lokomotiv” ilk ilinə 1,2 milyon, 2-ci ilinə 1,3, 3-cü ilinə 1,4 və son mövsümünə 1,5 milyon avro qazanacaq.
“Ay-ulduzlu” formanı 10 dəfə geyinən hücumçu sabah rəsmi müqaviləyə imza atacaq.

0
0