“Biz özümüzü “Xəzər Lənkəran”dan üstün sayırıq” - MÜSAHİBƏ
02.03.2011 - 15:58
Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi
- Komandanız “Xəzər Lənkəran”la sabahkı kubok oyununa nə dərəcədə hazırdır?
- İki cəbhədə oynadığımızdan, bizim üçün həm çempionat, həm də kubok oyunlarının mahiyyəti böyükdür. Bu səbəbdən çempionat kimi, kuboka da ciddi yanaşırıq. Bilirik ki, kubok 2 oyundan ibarət olduğu üçün bu görüşlərə hazırlaşmağın öz strateji planı var. Rəqib “Xəzər Lənkəran”dır, bu komanda ilə oyunlar həmişə maraqlı olub. Evdə oynadığımızdan, qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Səfərə üstün yollanmaq üçün buna nail olmağa çalışacağıq.
- Lənkəranda qalib gəlməyin çətin olduğunu yaxşı bilirsiniz. Bu mənada evdə qol buraxmadan qalib gəlmək vacibdir. Sizcə, bu əsas məqsədə nail ola biləcəksiniz?
- Buna görə deyirəm ki, kubok oyunlarının öz strategiyası var. Biz də bunları nəzərə alıb, hər iki oyunun sonunda qalib gəlməyə çalışırıq. Lənkəranda qalib gəlməyin çətin olduğunu desək də, orada hər şey ola bilər. Mümkünsüz heç bir şey yoxdur.
- “Xəzər Lənkəran”da qış fasiləsində böyük dəyişikliklər oldu. Rəqibiniz XXII turda Bakıda “İnter” üzərində 3:1 hesablı inamlı qələbə qazandı. Belə demək olar ki, köklü dəyişiklər “Xəzər Lənkəran”ın xeyrinə olub və qarşınıza daha güclü komanda çıxacaq?
- “Xəzər Lənkəran” bizim gücümüzü bilirdi, digər rəqiblərin də oyunlarını izləmişdi. Yəqin ki, bunun fərqini görərək, qış hazırlığında daha da gücləndilər. Zarafat deyil, bu komandaya il ərzində 30-a yaxın legioner gətirilib. Bunların 12-ni yola salaraq, bu qədərini cəlb ediblər. Hazırda 20 legionerləri var. Bu, “Xəzər Lənkəran”ın tutduğu yoldur. Ancaq bizim yol tam başqadır. Biz təkcə çempionluq və kuboku qazanmağı düşünməyərək, bundan əlavə, yerli futbolçulara daha çox üstünlük vermək vəzifəsini qoymuşuq. “Neftçi” milli komandaya daha çox yerli futbolçular yetişdirməyə, gənclərə şans verməyə çalışır. Bizim strateji planımızla “Xəzər Lənkəran”ınkı arasında fərq var. Ancaq onların səviyyəli legionerlərlə güclənməyinə baxmayaraq, bizim komandada da güclü futbolçular var. Bunlar həm yerli, həm də əcnəbilərdir. Ona görə də biz özümüzü onlardan zəif yox, bəlkə də üstün sayırıq.
- “Neftçi” – “Xəzər Lənkəran” derbisi “Böyük oyun” kimi tanınır. Ancaq onu da nəzərə alaq ki, bu prinsipial rəqiblər kubokda ilk dəfə görüşəcək. Sizcə, çempionatdakı kimi prinsipiallıq, gərginlik olacaqmı?
- Prinsipiallıq həmişə var. Fərqi yoxdur, “Xəzər Lənkəran”, yaxud başqa komanda olsun. Əgər kubokda finala kimi irəliləyib, onu qazanmağı qarşımıza məqsəd qoymuşuqsa, rəqibdən asılı olmayaraq, oyuna yalnız qələbə üçün çıxacağıq. Bildiyiniz kimi, kubok mübarizəsində mütləq bir komanda qalib olmalıdır. Bunları nəzərə alaraq, hədəfimiz ancaq budur. Mən deyərdim ki, “Neftçi” – “Xəzər Lənkəran” oyununa erkən final kimi baxmaq lazımdır. Çünki bu komandaların finalda görüşməyi daha yaxşı olardı. Necə ki, çempionatın son oyunu “Neftçi” - “Xəzər Lənkəran” olacaq. Bu, azarkeşlərin marağı, futbolumuzun ümumi atmosferi baxımından daha yaxşıdır.
- Bu mənada püşkdən gileylənmirsiniz?
- (gülür) Yox. Hamısı rəqibimiz olduğundan, hər biri ilə oynamalıyıq. Buna görə indi, yaxud sonra düşməyin fərqi yoxdur. Bəlkə də indi Allahın köməyi ilə mərhələ keçməyi həll edib, sonra istəyimizə çatdıq.
- Elə isə demək olar ki, “Xəzər Lənkəran”ı keçsəniz, finala doğru böyük addım atmış olacaqsınız?
- Demək olmaz ki, “Xəzər Lənkəran”ı keçməklə artıq finala çıxmışıq. Bu, bir mərhələni keçməyimiz deməkdir. O biri mərhələdə növbəti rəqibdir. Həmin komanda da “Xəzər Lənkəran” kimi iddialı olacaq. Bildiyiniz kimi, kubok oyunları fərqlidir. Burda görürsən ki, aşağı liqa təmsilçisi də gəlib finala çıxır.
- Evdə qalib gələ bilməsəniz, şanslarınızın aşağı olmasını düşünməyəcəksiniz?
- Biz bu haqda düşünmürük. Kubok iki oyundan ibarət olduğundan, şans həmişə var. Evdə qalib gəlsən də, hələ bir oyun da var. Səfərdə də lazımı nəticə qazanmalısan. Əlbəttə, evdə oynayırsansa, səfər görüşü öncəsi mütləq üstünlüyün olmalıdır.
- Bu ilk rəsmi oyununuzu evdə “Xəzər Lənkəran”la keçirdiniz. İndi kuboku da nəzərə alsaq, həmin rəqiblə bu ayda 3 dəfə görüşəcəksiniz. Keçən mövsüm martda “İnter”lə belə halla rastlaşdınız. Bir rəqiblə qısa zamanda 3 dəfə oynamaq çətin olmayacaq ki?
- İşimiz budur. Futbolçuların işi oynamaq, bizimki də məşqçi komandanı hazırlamaqdır. Ola bilər ki, ardıcıl 4-5 dəfə oynayasan. Belədirsə, belə də olmalıdır. Oynamaq lazımdırsa, oynayacağıq. Bunun heç bir çətinliyi yoxdur.
Mehman SÜLEYMANOV

0
0