“Tottenhem”in futbolçusu milli komandamızı təriflədi - FOTO
02.03.2011 - 15:51
“Tottenhem”in futbolçusu milli komandamızı təriflədi - FOTO
Rusiya millisinin futbolçusu Roman Pavlyuçenko azərbaycanlı həkimlə görüşüb. Apasport.az saytının məlumatına görə, “Tottenhem”də oynayan hücumçu Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışı zamanı “Əl-Əhli” klubunda çalışan həmyerlimiz Faiq Hüseynovla söhbətləşib.

London təmsilçisi məhz Dubay komandasının bazasında məşq edib. Faiq Romanla bir saat futbolla söhbət etdiyini bildirib: “Onun İngiltərə həyatı, Britaniya futbolu, Rusiyadakı dəyişiklər və digər məsələlərlə maraqlandım. Əlbəttə, Azərbaycan yığması mövzusuna toxunmaya bilməzdim. Pavlyuçenko mənim bu ölkədən olduğumu öyrənəndə dedi ki, sizin çox layiqli yığmanız var. Əlbəttə, işinin peşəkarı olandan belə sözləri eşitmək çox xoşdur”.

Qeyd edək ki, Roman 2009-cu ilin martında Rusiya yığmasının heyətində milli komandamızla Moskvadakı rəsmi oyunda (2:0) hesabı açıb.

Mənbə: extratime.az