Jorj Leekensin Azərbaycanla oyun öncəsi narahatçılığı
02.03.2011 - 16:10
Belçika yığmasının baş məşqçisi Jorj Leekens Azərbaycanla martın 29-da evdə keçiriləcək rəsmi oyun öncəsi çətin vəziyyətdədir. Apasport.az saytının məlumatına görə, belçikalı mütəxəssis yığmanın aparıcı futbolçularının zədəli olmasından narahatdır.
Leekensin fikrincə, əsas itki “Everton” klubunda oynayan yarımmüdafiəçi Maruan Fellaini ilə bağlıdır: “O, komandamızda çox vacib futbolçu sayılır. Maruan komandamızın Avstriya ilə oyunda həm hücum, həm də müdafiə hərəkətlərində aparıcı fiqur idi”.
Baş məşqçi Fellaini ilə yanaşı, çox güman müdafiəçilər – Tomas Vermalen (“Arsenal”) və Nikolas Lombertsin (“Zenit”) xidmətindən yararlana bilməyəcək. Leekens həmçinin digər mərkəz müdafiəçisi Daniel van Buytenin “Bavariya”nın heyətində az meydana çıxmasından, nəticədə oyun praktikasını itirməsindən narahatlığını ifadə edib.

0
0