Usim Nduka: Məqsədimizə çatdıq
03.03.2011 - 00:22
Usim Nduka: Məqsədimizə çatdıq
“Meydana qələbə qazanmaq üçün çıxmışdıq. İki qol vurduq və məqsədimizə çatdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”la ölkə kubokunun oyunundan sonra AZAL klubunun müdafiəçisi Usim Nduka deyib.

Artıq 7 ildir paytaxt təmsilçisinin uğurları üçün tər tökən nigeriyalı müdafiəçi baş məşqçi postunda kimin yer almasından asılı olmayaraq, komandanın əsas heyət üzvlərindən biridir. “Turan”la matçda da özünü yaxşı tərəfdən göstərməyi bacaran futbolçu rəqibin xoş təsir bağışladığını xüsusilə vurğulayıb: “Turan” yaxşı komandadır. Onların da fərqlənmək üçün imkanları oldu. Ancaq yekunda qələbəni biz bayram etdik. Hakimlərdən də narazılığım yoxdur. Hansısa ciddi səhvə yol vermədilər”.