Mahir Şükürov Moskvaya köçür
03.03.2011 - 10:36
Mahir Şükürov Moskvaya köçür
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu Rusiyanın “Anji” klubu məkanını dəyişir. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi ölkə çempionatının oyunlarına hazırlığını Dağıstandan kənarda keçirmək niyyətindədir. Mahirin komandası bu məqsədlə Moskvaya köçə bilər. Belə ki, “Anji” rəhbərliyi Moskva ətrafında yerləşən Kratovo şəhərindəki bazanı icarəyə götürməkdə israrlıdır. Artıq fəaliyyətini dayandıran “Saturn” klubunun vaxtilə istifadə etdiyi bu bazanın icarəsi ilə bağlı danışıqlara artıq start verilib. İlk tura hazırlıq məqsədilə Türkiyəyə yollanacaq “Anji”nin Moskvada təkcə start ərəfəsində deyil, il boyu paytaxtda hazırlıq keçməsi də istisna deyil.

Qeyd edək ki, “Anji”nin ev oyunlarını Mahaçqalada keçirməsinə qadağa qoyulub. Rusiya Futbol İttifaqının bu sərt qərarı ot örtüyünün bərbad vəziyyəti ilə əlaqədardır.