Panku: Ən yaxşı oyunumu Rednikin rəhbərliyi altında keçirmişəm
03.03.2011 - 11:17
Türkiyənin “Beşiktaş” klubundakı çıxışları ilə tanınan rumıniyalı Daniel Panku “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Redniki xatırlayıb. Apasport.az saytının məlumatına görə, hazırda “Rapid”in formasını geyinən 34 yaşlı yarımmüdafiəçi “Otselul”la oyun ərəfəsində Rumıniya mətbuatına müsahibə verib.
Panku bu komandaların 2001-ci ildəki görüşünü hələ də unuda bilmədiyini bildirib: “Həmin matçı unuda bilmirəm. 4:1 hesabı ilə qalib gəldiyimiz qarşılaşmada 4 topun hamısını mən vurdum. Bu, karyeramın ən yaxşı oyunlarından biri idi. Həmin vaxt baş məşqçimiz Mirça Rednik idi. İndi isə vəziyyət tam fərqlidir. Nəinki 4:1 hesablı, ümumiyyətlə qələbəmiz sensasiya sayıla bilər”.
Qeyd edək ki, Panku 2002-06-cı illərdə “Beşiktaş”ın şərəfini qoruyub.

0
0