Super oyun, bərbad hakimlik - YENİLƏNİB
03.03.2011 - 19:52
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin qalan ilk oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, günün başa çatan ilk 2 matçı məhsuldar olmayıb. Azarkeşlər bu görüşlərdə cəmi 1 qol görüb ki, onu da “İnter” birinci divizion komandasına yalnız sona 10 dəqiqə qalmış vura bilib. Son çempionun “Abşeron”la cavab görüşündə meydan sahibi olacağını nəzərə alsaq, mərhələ adlamaq şansı çox böyükdür.
“Qəbələ” “Bakı” ilə ev oyununda üstünlük qazana bilməyib. Nəticədə paytaxt təmsilçisi yarımfinala çıxmaq şansını artırıb. “Bakı”ya bunun üçün istənilən hesablı qələbə yetərlidir. İndi “Qəbələ” cari mövsümdə 3 oyunda yenə bilmədiyi “zolaqlılar”la cavab görüşündə mərhələ keçmək üçün daha çox məhsuldar bərabərliyə ümid etməlidir.
Günün son matçında isə “Neftçi” “Xəzər Lənkəran”ı qəbul edib. Olduqca maraqlı keçən, 7 qolun vurulduğu bu möhtəşəm oyun təəssüf ki, hakim səhvləri ilə yadda qaldı. Əzəli rəqiblərin görüşünü idarə edən Anar Salmanovun 31-ci dəqiqədə qonaqların qapısına təyin etdiyi penalti zərbəsi qərəzdən başqa heç nə deyildi. Sanki “Neftçi”nin futbolçusu kimi meydana çıxan Salmanov matçın sonlarında “Xəzər Lənkəran”ın baş məşqçisinə qırmızı vərəqə göstərməkdən də çəkinmədi.
Öz meydanında 3:4 hesabıyla uduzan “Neftçi” isə çətin ki bu məğlubiyyətin əvəzini çıxsın. İndi “ağ-yaşıllar”ı növbəti mərhələyə çıxmaq üçün Lənkərandakı oyunda istənilən hesablı heç-heçə də qane edir.
"Neftçi" - "Xəzər Lənkəran" - 3:4
QOLLAR: Flavinyo, 31 (pen); 63; Slavko Georgiyevski, 70 - Uinston Parks, 12; Manuel Skarlatake, 36; Julius Vobay, 45+2; Andrei Mureşan, 60
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Eldar Nağıbəyov, Elçin Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
"Abşeron" - "İnter" - 0:1
QOL: Girt Karlsons, 79
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, İsgəndər Əliyev, Vüsal Əliyev
Bakı. "Şəfa" stadionu
"Qəbələ" - "Bakı" - 0:0
Hakimlər: Rövşən Əhmədov, Vaqif Musayev, Mehman Mahmudov, Əliyar Ağayev
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası

0
0