“Turan”la başladı, “Turan”la bitdi
03.03.2011 - 12:18
Bakının AZAL klubu bu il ilk qələbəsini qazanıb. Apasport.az saytının hesablamalarına görə, “təyyarəçilər” Premyer Liqada 7 oyunluq qələbə həsrətinə ölkə kubokunda son qoya bildi.
Bu, 1/8 final mərhələsində “Turan”la “Şəfa” stadionundakı ev oyununda 2:0 hesablı qələbə ilə reallaşdı.
Maraqlısı odur ki, AZAL sonuncu qələbəsini məhz “Turan” üzərində qazanmışdı. Bu, ötən ilin noyabrın 28-də Tovuzda 2:1 hesablı qələbə olub. “Təyyarəçilər” növbəti qələbəsini 95 gün gözləməli oldular.
Qeyd edək ki, AZAL çempionatda son 7 oyunun 5-də bərabərliyə qalıb, 2-də uduzub. Ancaq komanda cari mövsümdə kubokda hər iki oyunda qalib gəlib. Nazim Süleymanovun çalışdırdığı komanda 1/8 finalda səfərdə I divizion təmsilçisi “Rəvan”a 2:1 hesabı ilə yenərək, 1/4 finala yüksəlmişdi.

0
0