AFFA-nın müraciəti
03.03.2011 - 12:51
AFFA-nın müraciəti
AFFA Avro-2012-nin seçmə mərhələsində martın 29-da keçiriləcək Belçika – Azərbaycan görüşü ilə bağlı azarkeşlərə rəsmi müraciət edib. Apasport.az saytının məlumatına görə, Belçika Futbol Federasiyası milli komandamızı oyunda dəstəkləmək istəyən azarkeşlərə Brüsseldəki Rua Boduen stadionunun II tribunasının A sektorunu ayırıb. AFFA bunu nəzərə alaraq, stadionuna gələcək azarkeşlərimizin biletləri məhz həmin sektora almalarını xahiş edir.

Qeyd edək ki, biletlərin qiyməti 15 avrodur.