AZAL yeni stadiona köçür
03.03.2011 - 14:32
“Stadionumuzun tikintisinə 2009-cu ildə başlamışıq. Daha doğrusu, 2006-cı ildə Bratanovla görüşüb, ərazini ona göstərdik. Bu işdəki əməyinə görə AZAL Hava Yollarının prezidenti Cahangir Əsgərovu, SilkWay şirkətinin rəhbəri Zaur Axundovu alqışlayıram. Dünya iqtisadiyyatında maliyyə problemi yaransa da, stadionun tikintisi dayanmadı”. Apasport.az saytının xəbərinə görə, bu sözləri AZAL futbol klubunun prezidenti Vaqif Qasımov deyib.
Bu gün Şüvəlanda inşa edilən yeni stadiona FİFA tərəfindən 2 ulduz sertifikatının təqdimetmə mərasimində iştirak edən Qasımov maraqlı açıqlamalarla yadda qalıb. Sən demə, klub rəhbərliyi hazırkı stadionun təbii ot örtüklü olmasını planlaşdırıbmış. Ancaq sonradan mütəxəssislər bunun mümkün olmayacağını bildirib.
Tikintidə yaxında iştirak edən, sertifikatı klub rəhbərliyinə təqdim edən Dimitar Bratanov haqda da danışan Qasımov bolqar mütəxəssislə çoxdan əlaqələrinin olduğunu vurğulayıb: “1994/95-ci ildə AFFA FİFA-ya üzv olandan Bratanovla əlaqəmiz var. O, əvvəllər yığmamıza yaxından kömək edirdi. “Şəfa” stadionu inşa edilən zaman ot örtüyünü türkiyəli mütəxəssislər bərbad vəziyyətə salmışdılar, yandırmışdılar. Sonra Bratanovun köməkliyi ilə oranı yaxşı vəziyyətə gətirdik. Hazırkı stadionun örtüyünün təbii ot olmasını istəyirdik. Tikinti başlayandan sonra mütəxəssislər təbii otun alınmayacağını bildirdilər. Səbəb isə suyun duzlu olması göstərildi”.
Bundan sonra süni örtüyün quraşdırılmasına qərar verən rəhbərlik “Şəfa” ilə fərqi də izah etdi: “Son model süni örtük sərdirdik. “Şəfa”da problemlər çoxdur. Örtüyün altına asfalt döşənib. Amma bizdə fərqlidir. FİFA nümayəndələri də stadiona yüksək rəy verdilər”.
Klub rəhbəri bildirib ki, apreldə yeni arenaya köçəcəklər: “Turan”la kubok oyununu burda keçirmək istəyirdik. Ancaq istilik sistemi Türkiyədən 2 ay gec gətirildiyindən, quraşdırma işləri davam edir. Martın sonunda onlar stadionu boşaldacaqlar. Apreldən isə oyunlarımızı yeni stadionda keçirəcəyik”.
Qasımov stadionun tikintisi üçün nə qədər vəsaitin sərf edildiyini açıqlaya bilməyəcəyini də dedi: “Çünki məbləğ haqda məlumatım yoxdur. Müqavilə məndən əvvəl imzalanıb”.
FİFA tərəfindən stadionun tikilişi zamanı kluba heç bir güzəşt və maddi yardımın edilmədiyini də bildirən Qasımov əslində buna ehtiyaclarının olmadığını vurğulayıb: “FİFA tərəfində hansısa güzəşt və ya köməklik olmayıb. Heç maddi köməyə də ehtiyacımız yoxdur. İnvestorlar hər şey edirlər”.
Əsas heyətlə yanaşı, klubun nəzdində fəaliyyət göstərən digər komandalar da bir müddət sonra məşqlərini Şüvəlandakı yeni stadionda həyata keçirəcəklər. Vaqif Qasımov orada ehtiyat meydança ilə yanaşı, otel, eləcə də ağırlıqqaldıranlar üçün baza da inşa ediləcəyini bildirib: “AZAL-ın nəzdində 8 komanda var ki, onların altısı aşağı yaşlılardır. Hətta biz digər klublardan fərqli, U-19 komandası da yaratmışıq. İki ay müddətində ehtiyat meydança hazır olacaq. Bundan sonra həmin komandalar məşqlərini orada həyata keçirəcəklər. Hətta heyəti formalaşdıran zaman yaxın ərazidə yaşayan gənclərə üstünlük verəcəyik. Stadion AZAL-ın adını daşıyacaq. Ancaq ümumilikdə ora Şüvəlan Olimpiya Kompleksi adlandırılacaq”.

0
0