Azərbaycan çempionatında “gürcü havası”
03.03.2011 - 15:18
Azərbaycan çempionatında “gürcü havası”
Azərbaycan Premyer Liqasının təsnifat mərhələsində 158 legioner meydana çıxıb. Apasport.az saytının məlumatına görə, ölkəmizin 12 güclü komandasından hamısının heyətində əcnəbi futbolçu çıxış edib.

Milliləşən oyunçuların da nəzərə alındığı hesablamalarda “Xəzər Lənkəran” hamıdan öndədir. 23 əcnəbiyə güvənmiş cənublular “Bakı”nı 1, “İnter”i 3 futbolçu arxada qoyur. Turnir cədvəlinin autsayderləri “Simurq”la MOİK elə legioner sayında da hamıdan geridədir.

Xəzər-Lənkəran

23

Bakı

22

İnter

20

Qəbələ

17

AZAL

15

Muğan

15

Turan

15

Neftçi

12

Gəncə

10

Qarabağ

7

Simurq

4

MOİK

1



Çempionatımızda ən azı 1 dəqiqə oynamış gəlmələrin ümumi sayı 158 olsa da, onların klublar üzrə bölgüsündə fərqli rəqəm alınır. Bunun səbəbi isə çox sadədir. Mövsüm ərzində 3 legioner - Radomir Todorov, Mario Souza və Baçana Sxadadze 2 klubda meydana çıxıb.

Əcnəbilərin klublar üzrə bölgüsü ilə müqayisədə onların vətəndaşlığı haqda danışmaq daha çətindir. Çünki müasir dövrdə vətəndaşlıq məsələsi nisbi və qeyri-dəqiqdir. Məsələn, götürək yığmamızın ukraynalı üzvləri Aleksandr Çertoqanovla Vladimir Levini. Onlar PFL-ə təqdim olunan sənəddə Azərbaycan təmsilçisi kimi göstərilsə də, hamıya gün kimi aydındır ki, karyeralarını bitirdikdən, yığmaya lazım olmadıqdan sonra onlar üçün Azərbaycan yad ölkə olacaq.

Braziliyalı yığma üzvlərimiz Leandro Qomeş, Ernani Pereyra kimilər buna misaldır. Belə yığmamızın legionerləri isə Premyer Liqada 11 nəfərdir. Rusiyalılar Murad Hüseynov, Əziz Quliyev, nigeriyalı Usim Nduka, serb Branimir Subaşiç də belələrindəndir.

Lakin 2 ölkə arasında qalanlar təkcə yığmamızın futbolçuları deyil. Cari mövsümdə ümumilikdə 40 əcnəbinin vətəndaşlığı haqda danışanda 2 ölkə göz önünə gəlir. Yəni “bizimkilərdən” başqa daha 29 belə futbolçu var. Ən azı həmin oyunçular PFL-ə və klubuna təmsil etdiyi yığma və ya ölkə deyil, digər dövlətin pasportunu təqdim edib.

Məsələn, gürcüstanlı kimi tanıdığımız Valeri Abramidze Rusiya vətəndaşı kimi qeydiyyatdan keçib. Ya da belçikalılara baxaq. Çempionatımızın 4 iştirakçısı belçikalı kimi göstərilsə də, onlardan yalnız Emil Mpenza bu yığmanın üzvüdür. Dare Nibombe, Abdulkader Kamara və İbrahim Karqbo kimi afrikalılar özlərini avropalı kimi təqdim edib. Yəni, belələri çoxdur. Burkina fasolu Con Pelu İsveç, braziliyalı Felipe Maşado İtaliya klubunda oynadığı vaxt aldığı pasportla Premyer Liqamızın tarixinə düşüb. Əslində isə başqa qitələrin təmsilçiləridir.

Belə futbolçuları hər 2 ölkənin təmsilçisi kimi saymaq məcburiyyətindən ölkələr üzrə legioner sayında əcnəbilər 158 yox 167 nəfər alınır. Bu onunla bağlıdır ki, 158 legionerdən 20-si 2 dəfə hesablana bilərdi. Lakin “bizim” 11 gəlmə orada əks olunmayıb. Bu səbəbdən fərq 20 yox, 9-dur.

Ölkə

Legioner sayı

İkili vətəndaşlıqlar

Gürcüstan

23

1

Braziliya

18

2

Rumıniya

11

 

Serbiya

10

1

Bolqarıstan

9

1

Rusiya

8

7

Latviya

7

 

Makedoniya

6

1

Moldova

6

 

Nigeriya

6

1

Bosniya və Herseqovina

5

 

Albaniya

4

 

Belçika

4

3

Kamerun

4

 

Litva

4

 

Sierra Leone

4

1

Ukrayna

4

2

Xorvatiya

4

 

Hollandiya

3

1

Argentina

2

 

Mərakeş

2

1

Qvineya

2

1

Türkiyə

2

 

Belarus

1

 

Burkina Faso

1

1

Çexiya

1

 

Əlcəzair

1

1

Estoniya

1

 

Fransa

1

 

Fransa

1

1

Honduras

1

 

İngiltərə

1

 

İsveç

1

1

İtaliya

1

1

Kolumbiya

1

 

Kosta-Rika

1

 

Özbəkistan

1

 

Portuqaliya

1

 

Seneqal

1

 

Toqo

1

1

Uruqvay

1

 

Yamayka

1