Müqavilənin şərtlərini kim pozub: “Lider”, yoxsa “Neftçi”? - YENİLƏNİB
03.03.2011 - 16:58
“Neftçi” kubok görüşünün yayım hüququnu bizdən alıb, “İdman Azərbaycan” kanalına verib. Bununla bağlı biz qarşı tərəflə danışıqlar aparırıq. Özü də tərəflər əsasında imzalanan müqavilənin şərtləri əsasında”. Bu sözləri apasport.az saytına açıqlamasında “Lider” telekanalının idman redaksiyasının baş redaktoru Rövşən Məmmədov deyib.
Cari mövsümdən “Neftçi” və “Qəbələ” klublarının ev oyunlarının yayım hüququna malik olan “Lider” TV bu komandaların Premyer Liqada görüşlərini canlı yayımlayır. Ancaq “Neftçi”nin Azərbaycan kubokunun 1/4 final mərhələsində “Xəzər Lənkəran”la bu gün saat 18:00-da start götürəcək ev oyunu “Lider” TV yox, “İdman Azərbaycan” kanalı canlı yayımlanacaq.
Məsələyə aydınlıq gətirən Məmmədov bildirib ki, əvvəlcə “Neftçi” – “Xəzər Lənkəran” matçının saat 16:00-da başlanması nəzərdə tutulmuşdu: “Sonradan 18:00-a saldılar və bunu bizə gec dedilər. Buna görə də, bizdə yayımın vaxtı məsələsində problem yarandı. Bilirsiniz ki, televiziyada proqram bir həftə əvvəldən təsdiqlənir. Bu səbəbdən də belə bir problemlə üzləşdik. Görünür, qarşı tərəfdə vaxt, proqram məsələsi problem deyil. “İdman Azərbaycan” gec də olsa bunu proqrama daxil edə bilir. Biz peşəkar işçilər kimi, oyunun vaxtını bir həftə əvvəldən soruşub, təsdiqləyirik. Problem çıxandan sonra isə qarşı tərəf yayımı “İdman Azərbaycan”a verib”.
Baş redaktor tərəflər arasında müqavilənin müddətinin 1 illik olduğunu bildirib: “Bu, 2010/11 mövsümünə aiddir. Burada həm Premyer Liqa, həm də kubokun yayımı nəzərdə tutulmuşdu. Ortada rəsmi müqavilə var. Danışıqlar bunun əsasında, qanun çərçivəsində gedir və məsələ ilə bağlı klubun vitse-prezidenti ilə əlaqə saxlamışıq”.
Yekun nəticəyə gəlincə, Məmmədov bu barədə açıqlama veriləcəyini vurğulayıb: “İndi konkret bir söz demək olmaz. Belə deyək, danışıqların yekunu hələ yoxdur. Bu istiqamətdə iş gedir. Allah qoysa, yekun nəticə olar, qərar qəbul edilər”.
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu isə bır sıra səbəblər üzündən oyunun başlanma saatının ötən cümə müəyyənləşdiyini bildirib: “Kubok oyunu həftəsonu yox, həftə içi keçirildiyindən, iş günü, azarkeşlərin maraqlarını nəzərə alaraq, oyunun başlanma saatını 18:00-a təyin etdik. Vaxtla bağlı “Lider” TV-yə müraciət etdikdə, onlar həmin saatda proqramda dəyişiklik edə bilməyəcəklərini bildirdilər. Bu, sıradan oyun olsaydı, bəlkə də belə problem yaşanmazdı. Ancaq “Neftçi” – “Xəzər Lənkəran” kimi böyük maraq kəsb edən oyunun canlı yayımlanmamağı düzgün olmazdı. “Lider TV” ilə müqaviləmizdə oyunu onların yayımlamamağı təqdirində, başqa kanalda göstərilməsinin mümkünlüyü ilə bağlı müvafiq bənd var. Biz də bütün bunları nəzərə alaraq, Az.TV-yə müraciət edərək, oyunu canlı yayımlamaqlarını xahiş etdik. Özü də bunu dəfələrlə müraciət etdiyimiz “Lider”in cavabını dünən saat 11:00-a gözlədikdən sonra etdik. “İdman Azərbaycan” voleybol klubumuz “Rabitə”nin Çempionlar Liqasında cavab görüşünü göstərdiyindən, kubok görüşümüzü dövlət televiziyası yayımlanacaq”.
Əşrəfoğlu “Lider”lə gələcək əməkdaşlıqları ilə bağlı bunları deyib: “Burada söhbət yayım hüququnun digər kanala verilməsindən yox, maraqlı oyunun göstərilməsindən gedir. Müqavilə şərtlərini pozmayan “Neftçi”nin bu məsələdə günahı yoxdur. “Lider” TV-də çalışan peşəkar işçilərə minnətdarıq. Əməkdaşlığımız müddətində qarşılıqlı güzəşt etmişik. “Lider”lə müqaviləmizə xitam verməmişik. Gələcəkdə müqavilə öhdəçilikləri ilə bağlı məsələ artıq hüquqşünaslara aid olduğundan, onlar bununla məşğul olacaqlar”.

0
0