“Bakı” əvvəlkindən daha yaxşı oynayır”
03.03.2011 - 17:07
“Komandam yaxşı oynadı, gözəl oyun göstərdik. Bir neçə qol imkanı yaratsaq da, bunlardan istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Qəbələ” klubunun baş məşqçisi Toni Adamsa məxsusdur.
Adams bildirib ki, bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunda qarşılaşdıqları “Bakı” yaxşı təsir bağışlayıb: “Qələbə qazana bilərdik. “Bakı” əvvəlkindən daha yaxşı oynayır. Artıq cavab oyununu fikirləşəcəyik. “Bakı”nın baş məşqçisinə Azərbaycanda uğurlar arzulayıram”.
Qeyd edək ki, “Qəbələ” – “Bakı” matçı 0:0 hesabı ilə başa çatıb.

0
0