“İlk hissədə hücumda oyunumuz alınmırdı”
03.03.2011 - 17:58
“İlk hissədə hücumda oyunumuz alınmırdı”
“Xəzər Lənkəran”la oyundan sonra bərpa olmaq çətin idi. “Abşeron” yaxşı müdafiə olunurdu. Sürətli futbolçuları sayəsində hücumlar təşkil etməyə çalışırdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı çalışdırıcı Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Abşeron”la ilk matçını etdiyi əvəzləmələr sayəsində qazandığını bildirib: “İlk hissədə hücumda oyunumuz alınmırdı. İkinci hissədə müəyyən dəyişikliklər etdik, bu, öz bəhrəsini verdi. Cinahlardan daha çox hücum etməli idik. Karlsonsun gözəl qol vurduğunu qeyd etməliyəm. Bu, kubokun ilk oyunudur, cavab matçı daha maraqlı olacaq”.

Qeyd edək ki, I dəstə təmsilçisi “Abşeron” “İnter”ə 0:1 hesabı ilə uduzub.