“Neftçi” – “Xəzər Lənkəran” oyununda əlbəyaxa döyüş
03.03.2011 - 18:47
“Neftçi” – “Xəzər Lənkəran” oyununda əlbəyaxa döyüş
Azərbaycan kubokunun 1/4 finalının “Neftçi” – “Xəzər Lənkəran” oyununda dava düşüb. Apasport.az saytının xəbərinə görə, hər iki klubun azarkeşlərinin yer aldığı tribunalar arasında bir sektor boş saxlansa da, fanatlardan bir qrupu ora daxil olub və əlbəyaxa davaya çıxıblar.
Stadionda asayişi təmin edən polisin və əsgərlərin müdaxiləsindən sonra insidentin böyüməsinə imkan verilməyib.

“Xəzər Lənkəran”ın qapısına penalti təyin olunduqdan sonra isə lənkəranlı azarkeşlər plastik oturacaqları qırmağa başlayıblar.