Mirça Rednikdən hakimlərə şok ittihamlar
03.03.2011 - 20:19
“Səfərdə “Neftçi” komandasına 4:3 hesabı ilə qalib gəlmək xoşdur. Ancaq mən Bakıya gələndə həmişə təpki ilə üzləşirəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı çalışdırıcının rəhbərlik etdiyi komanda ölkə kubokunun ilk 1/4 final matçında Bakıda “Neftçi” üzərində inamlı qələbə qazandı. Görüşdən sonra təşkil olunan mətbuat konfransında Rednik meydandan qovulmasını baş hakim Anar Salmanovun qərəzli olması ilə əlaqələndirib: “Komandam bu gün 11 nəfərə qarşı yox, hakimlər də daxil olmaqla 14 nəfərə qarşı mübarizə apardıq. Onlar həddindən artıq səhvlər etdilər. Rəqibin futbolçusu Flavinyo hakimin gözləri qarşısında milli komandanın qapıçısı Kamran Ağayevi dirsəyi ilə vurur, amma Salmanov susur. O, qərəzli idarəçilik etdi. Məni meydandan qovmasını isə başa düşmədim. Mən, sadəcə papağımı yerə vurdum. Bura işləməyə gəlmişəm, fikrim Azərbaycan futboluna xeyir verməkdir. Ancaq həmişə belə problemlərlə üzləşirəm”.

0
0