Vandalizm
03.03.2011 - 21:54
Vandalizm
“Neftçi” və “Xəzər Lənkəran” arasında ölkə kubokunun ilk 1/4 final oyununda xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının xəbərinə görə, görüşün keçirildiyi Respublika stadionunda 250-dək oturacaq sındırılıb.
Xatırladaq ki, matçın gedişində hər iki komandanın azarkeşləri arasında qalmaqal yaşanmışdı. Bakılılar isə həmin qarşılaşmadan məğlub ayrılıblar – 3:4.