Qol susqunluğundan, qol şousuna kimi
04.03.2011 - 10:15
“Neftçi” və “Xəzər Lənkəran” klublarının Azərbaycan kubokunda ilk görüşü məhsuldarlığı ilə tarixə düşdü. Apasport.az saytının hesablamalarına görə, əzəli rəqiblərin 2004-cü ildən milli çempionatımızdakı 17 qarşılaşmasının heç birində 7 qol vurulmamışdı. “Böyük oyun” kimi tanınan derbidə bir oyunda ən çox 3 qol qeydə alınmışdı. Maraqlısı odur ki, “Neftçi” ilə “Xəzər Lənkəran”ın kubokadək son 6 oyununda cəmi 1 qol vurulmuşdu. Yəni 5 görüş qolsuz bərabərliklə, 1-i lənkəranlıların 1:0 hesablı qələbəsi ilə nəticələnmişdi. Prinsipial rəqiblər 2 illik qol susqunluğunu qol şousu yaratmaqla, pozdular.
Azərbaycan kubokunun ötən mövsümündə də heç bir oyunda 7 qol olmayıb. 2008/09 mövsümündə isə 1/8 finalda Zaqatalanın “Simurq” və Qubanın “Spartak” klublarının görüşündə bundan artıq top qapıdan keçirilib. Belə ki, hər iki oyunda (7:1 və 0:8) 8 qol vurulub və qələbəni “Simurq” bayram edib.
Qeyd edək ki, “Xəzər Lənkəran” “Neftçi” ilə kubokda səfərdə keçirdiyi ilk ¼ final oyununda 4:3 hesabı ilə qalib gəlib.
Mehman SÜLEYMANOV

0
0