“Ağ-qaralar”ın “ağ bayrağı” və sevinci
04.03.2011 - 12:00
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu “Neftçi” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, öz meydanında azarkeşlərinə üzüntü yaşadan “ağ-qaralar” “Xəzər Lənkəran” önündə “ağ bayraq” qaldırsa da, özləri üçün təsəlliverici məqama sevinə bilər. Belə ki, “Neftçi” axır ki, Kamran Ağayev sindromunu qıra bilib.
Ötən mövsümün 4 oyununda, həmçinin cari mövsümün 2 çempionat matçında lənkəranlıları məyus edə bilməyən “Neftçi” bu həsrətə son qoyub. Bakılılar əyalət təmsilçisinin qapısına sonuncu qolunu 2009-cu il aprelin 12-də vurmuşdu. 690 gün əvvəl Əli Cansunun 90+1-ci dəqiqədə vurduğu qoldan 572 dəqiqə sonra sevindi. Bu da müəmmalı penaltidən. Bu zərbəni braziliyalı Flavinyo yerinə yetirib.
Lakin türkiyəli legioner həmin qolunu Kamranın deyil, Dmitri Kramarenkonun qoruduğu qapıdan keçirmişdi. “Neftçi” Ağayevi məyus etdiyi son topu 2007-ci il noyabrın 10-da vurub. Həmin matçın ilk dəqiqəsində fərqlənən Georgi Adamiyanın qolundan sonra o rəqib üçün tilsimlənib. Bu tilsim 661 dəqiqə və ya 1209 gün davam edib.
Kamran Ağayevli “Xəzər Lənkəran” “Neftçi”yə qarşı
10.11.2007 “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
08.11.2009 “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
17.02.2010“Neftçi” – “Xəzər Lənkəran” – 0:0
27.03.2010 “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
01.05.2010 “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
25.09.2010 “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
13.02.2011 “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
03.03.2011 “Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Kamranın “Xəzər Lənkəran” formasında 1 oyunda 3 qol buraxmasına isə son dəfə 3 il əvvəl təsadüf olunmuşdu. 2008-ci il noyabrın 9-da Lənkəranda baş tutan görüşdə “İnter” Ağayevin qoruduğu qapıdan 3 də deyil, daha çox – 4 top keçirmişdi. Həmin – 4:2 hesabı ilə bitən görüşdən sonra “Xəzər Lənkəran” 2 dəfə 3 və daha çox top buraxıb. “İnter”lə matçdan cəmi 13 gün sonra “Qarabağ” Dmitri Kramarenkonu məyus etmişdi – 3:1. Ötən il oktyabrın 17-də isə Denis Romanov üçün “Gəncə” ilə oyun biabırçı olmuşdu – 1:4.

0
0