Berti Foqts: Derbiyə baxmadım
04.03.2011 - 11:40
Berti Foqts: Derbiyə baxmadım
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis hazırda AFFA-nın inzibati binasında keçirilən konfransda iştirak edir.

Tədbir başlamazdan əvvəl isə Foqts jurnalistlərlə görüşüb. O, dünən keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” – “Xəzər Lənkəran” oyunu haqda suala cavab verib: “Bu matçı izləyə bilmədim. Buna səbəb Azərbaycana gec gəlməyimdir. Yalnız bu gecə Bakıya çatdım”.