Futbol assosiasiyasının milyonları
04.03.2011 - 12:14
Futbol assosiasiyasının milyonları
FİFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, assosiasiyanın prezidenti Yozef Blatter qurumun maliyyə hesabatını açıqlayıb. Son 4 ili – 2007-10-cu illəri əhatə edən dövrdə FİFA 631 milyon dollar qazanıb.

Qurumun 4 il ərzində ümumi gəliri 4 milyard 189 milyon dollar təşkil edib. Bunun 3 milyard 558 milyonunu xərclənib. FİFA-nın ehtiyat fondu isə 1 milyard 280 milyon dollara çatıb.