AFFA-nın qazancı - 966 min manat!
04.03.2011 - 12:52
AFFA-nın qazancı - 966 min manat!
Bu gün keçirilən AFFA-nın növbəti konfransında assosiasiyanın maliyyə hesabatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2010-cu ildə qurumun gəlirlərinin məbləği 966 min manat olub. Bunun böyük hissəsi – 830 mini reklamlardan qazanılıb. Millinin oyunlarına bilet satışından isə AFFA-nın büdcəsinə vur-tut 136 min daxil olub.