AFFA prezidenti: Anar Salmanov özünü itirmişdi
04.03.2011 - 13:23
AFFA prezidenti: Anar Salmanov özünü itirmişdi
AFFA prezidenti Rövnəq Abdullayev qalmaqallı “Neftçi” – “Xəzər Lənkəran” oyununun baş hakimi Anar Salmanovun idarəçiliyinə qiymət verib. Apasport.az saytının xəbərinə görə, assosiasiya başçısı bildirib ki, Salmanov oyunu normal idarə edib: “Amma son 5 dəqiqədə özünü itirmişdi. Mən AFFA-nın hakimlərlə apardığı işdən razıyam”.