“Hamı bizim avrokuboklarda çıxış etməyimizi istəyir”
04.03.2011 - 13:38
“Allah şükür, hazırlığımız yaxşı gedir. Final mərhələsinə 3-cü pillədə qədəm qoymağımız bizə əlavə ruh yüksəkliyi gətirib. Bəlkə də çoxları bizdən son 3 oyunda qələbə gözləsə də, 2 darmadağın gözləmirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Vüqar Nadirov deyib.
24 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında qol vura bilməməsinə aydınlıq gətirib: “Amma biz başımızı aşağı salıb, öz işimizlə məşğuluq. Çempionatın startından zədələrdən əziyyət çəkmişdik. Üstəlik, iyunun əvvəllərindən dayanmadan oynayırdıq. Amma qışda yaxşı hazırlaşdıq. Üstəlik, zədəlilərimiz sağaldı, yeni transferlərlə gücləndik. Demək olar ki, bütün mövqelərdə ən azı 2 futbolçumuz var. Son oyunlarda yaxşı formada olmağıma gəlincə, təkcə mən yox bütün komanda yaxşı formadadır. Belədə hamının işi asanlaşır. Düzdü, 2 ötürmə vermişəm. Amma qol vurmaq üçün də imkanlarım oldu. Düzdü, hücumçunun işi qol vurmaq olsa da, əsas komandanın qələbəsidi. Kimin vurmasının elə də önəmi yoxdur”.
Nadirov Premyer Liqanın final mərhələsindəki hədəflərlə bağlı da danışıb: “Final mərhələsinə də ciddi hazırlaşırıq. Bizi bir-birindən çətin 10 final oyunu gözləyir. Hər qələbənin böyük əhəmiyyəti var. İnşallah, qələbə seriyasını davam etdirmək istəyirik. Bilirik ki, hamı bizim avrokuboklarda çıxış etməyimizi istəyir. Bu bizim məsuliyyətimizi artırır. Amma komandamıza inanırıq. Çempionatı ilk “üçlük”də bitirsək əla olar”.

0
0