“Böyük oyun”ların zəif bəndi!
04.03.2011 - 13:49
“Böyük oyun”ların zəif bəndi!
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” və “Xəzər Lənkəran” arasında ilk oyunu baş məşqçilər üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, hər 2 çalışdırıcı “Böyük oyun”lar tarixinə düşdü.

Belə ki, paytaxt təmsilçisinin baş məşqçisi Arif Əsədov prinsipial rəqiblərin duellərinin antirekordunu müəyyənləşdirib. O, iki nəhəngin görüşlərində 5 oyun qələbə həsrəti qazanmayan ilk məşqçi olub. Belə bərbad nəticəyə heç kim imza atmayıb. Düzdür, 1 matçda şans qazanıb, uduzanlar olub. Lakin bu qədər etimad qazanıb, ümidləri doğrultmayan Əsədov artıq 5-ci dəfə azarkeşləri qələbə həsrətində qoyub.

1 ildə 2 dəfə əsas rəqibə “boyun əyən” komandanın çalışdırıcısı Rasim Karanın 2004/05 mövsümündəki uğursuzluğunu təkrarlayıb. Lakin türkiyəli heç olmasa 4-cü cəhddə qələbə nə olduğunu görmüşdü. Vaxtilə “Xəzər Lənkəran”ın kapitanı da olmuş Əsədov isə sabiq komandasını məğlub etməyin sirrini hələ də tapmayıb. Bu qədər uğursuzluqdan sonra ona etimad limiti bitərsə, seriyası da qırılmaz qalacaq.

“Neftçi”nin “Böyük oyun”lardakı məşqçiləri

Ağasəlim Mircavadov

5

3

2

0

8-5

11

Qurban Qurbanov

2

1

0

1

2-2

3

Vlastimil Petrjela

1

1

0

0

1-0

3

Anatoli Demyanenko

1

0

0

1

0-1

0

Hans-Yurgen Gede

1

0

0

1

0-2

0

Böyükağa Ağayev

1

1

0

0

2-1

3

Vaqif Sadıqov

2

0

2

0

0-0

2

Arif Əsədov

5

0

3

2

3-5

3

Cəmi

18

6

7

5

16-16

25



Rednik isə təcrübənin nə dərəcədə əhəmiyyətli olduğunu sübut edib. Hər halda, “Neftçi”yə qədər heç bir klubda çalışmayan, əsasən gənclər və əvəzedicilərlə işləmiş Əsədovdan fərqli, zəngin təcrübəsindən yararlanmaqla rekordçu olub. O, 1 ildə 2 dəfə prinsipial qələbə qazanmaqla Ağasəlim Mircavadovun “Neftçi”dəki rekordunu təkrarlayıb. Lakin bu “Xəzər Lənkəran” üçün bir ilk olub. Bundan başqa, Rednik Mircavadov kimi “Neftçi”ni 2 dəfə məğlub edən “Xəzər Lənkəran”ın 2-ci məşqçisi olub.

“Xəzər Lənkəran”ın “Böyük oyun”lardakı məşqçiləri

Rasim Kara

4

1

1

2

5-5

4

Şenol Fidan

1

0

0

1

0-1

0

Viktor Pasulko

1

0

1

0

2-2

1

Ağasəlim Mircavadov

8

2

4

2

3-3

10

İqor Ponomaryov

1

0

0

1

1-2

0

Mirça Rednik

3

2

1

0

5-3

7

Cəmi

18

5

7

6

16-16

22



Xatırladaq ki, komandalar 17 dəfə ölkə çempionatı, 1 dəfə kubokda qarşılaşıblar.

Ağasəlim Mircavadov (“Neftçi”) – Rasim Kara (“Xəzər Lənkəran”)
2004/05 mövsümü

“Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev

“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov

“Qızıl oyun”

“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov

Ağasəlim Mircavadov (“Neftçi”) – Şenol Fidan (“Xəzər Lənkəran”)
2005/06 mövsümü

“Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev

Ağasəlim Mircavadov (“Neftçi”) – Viktor Pasulko (“Xəzər Lənkəran”)
2005/06 mövsümü

“Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov

Qurban Qurbanov (“Neftçi”) – Ağasəlim Mircavadov (“Xəzər Lənkəran”)
2006/07 mövsümü

“Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov

“Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets

Vlastimil Petrjela (“Neftçi”) – Ağasəlim Mircavadov (“Xəzər Lənkəran”)
2007/08 mövsümü

“Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya

Anatoli Demyanenko (“Neftçi”) – Ağasəlim Mircavadov (“Xəzər Lənkəran”)
2007/08 mövsümü

“Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev

Hans-Yurgen Gede (“Neftçi”) – Rasim Kara (“Xəzər Lənkəran”)
2008/09 mövsümü

“Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev

Böyükağa Ağayev (“Neftçi”) – İqor Ponomaryov (“Xəzər Lənkəran”)
2008/09 mövsümü

“Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun

Vaqif Sadıqov (“Neftçi”) – Ağasəlim Mircavadov (“Xəzər Lənkəran”)
2009/10 mövsümü

İlkin mərhələ
“Xəzər Lənkəran” – “Neftçi” – 0:0

“Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Arif Əsədov (“Neftçi”) – Ağasəlim Mircavadov (“Xəzər Lənkəran”)
2009/10 mövsümü

Final mərhələsi
“Xəzər Lənkəran” – “Neftçi” – 0:0

“Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Arif Əsədov (“Neftçi”) – Mirça Rednik (“Xəzər Lənkəran”)
2010/11 mövsümü

“Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz

“Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Azərbaycan kuboku

“Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Flavio Aleks Valensio, 32-p.; 63; Slavko Georgiyevski, 70 - Uinston Parks, 12; Manuel Skarlatake, 36; Julius Vobay, 45+2; Andrei Mureşan, 61