Ramiz Məmmədovun futbolçu problemi
04.03.2011 - 14:20
Ramiz Məmmədovun futbolçu problemi
Azərbaycanlı mütəxəssis Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubu ölkə çempionatında iştirak üçün sifariş vərəqini açıqlayıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz ilkin heyətə 18 futbolçunun adını daxil edib. “Aktobe” ilə ilk turun oyunu ərəfəsində oyunçu çatışmazlığından əziyyət çəkən “Atırau”da 2 qapıçı, 8 müdafiəçi, 5 yarımmüdafiəçi, 3 hücumçu var.

Qapıçılar: Andrey Şabanov (1986), İvan Sivojelezov (1985);

Müdafiəçilər: Conatas Rikardo Souza da Kosta (1985, Braziliya, “Naval”, Portuqaliya), Leon Xavyer İqnasio (1982, Argentina, “Kobresal” Çili), Sergey Kutsov (1977), Vladimir Yakovlev (1984, “Jetısu”), Denis Volodin (1982), Bakıt Abuov (1989), Valentin Çureyev (1986), Abzal Jumabayev (1986);

Yarımmüdafiəçilər: Telman Zununov (1989), Denis Rodionov (1985, “Jetısu”), Ramil Əkbərov (1987, “Sesna”), Andrey Travin (1979, “Tobol”), Taras Danilyuk (1984, Ukrayna, “Salyut-Enerji”, Rusiya);

Hücumçular: Beybit Tatişev (1984), Konstantin Aleynikov (1987, “Sesna”), Bauırjan Colçiyev (1987).
0