“Olimpiya stadionunun layihəsi hələ qiymətləndirilməyib”
04.03.2011 - 15:26
“Mən Olimpiya stadionu ilə bağlı fikirlərimi bildirmişəm. Həmin 1 milyard məbləği tikinti şirkətinin memarı, konsepsiyanı verən şəxs deyib”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.
O bildirib ki, dövlət başçısı İlham Əliyevin göstərişi ilə böyük bir Olimpiya stadionun layihəsini hazırlanıb: “Ancaq bunun hazırlanması hələ qurtarmayıb. Həmin layihə bitəndən sonra biz onun artıq qiymətləndirilməsini aparacağıq. Bunun üçün böyük ekspert qrupu qatılır. Mən inşaatçı olduğumdan, bu işləri bilirəm. Layihə çıxandan sonra onun ekspertizası aparılır və onun ehtimal olunan qiyməti çıxarılır. Layihə tenderə verilir və bundan sonra dəqiq qiymət müəyyənləşir”.
AFFA prezidenti Türkiyədə son vaxtlar tikilən yeni stadionlardan danışıb: “Bütün dünyada stadionların qiymətləri var. Misal üçün “Qalatasaray”ın yeni açılan stadionunda böyük işlər görülüb. Bunun tikintisinə 400 milyon civarında pul xərclənib. Milli komandamızın Türkiyə yığması ilə yoldaşlıq görüşü keçirdiyi Kayseridəki yeni - “Kadir Has” stadionunun inşaat xərcləri ilə bağlı bizə dedilər ki, bir oturacağın qiyməti 2000 avrodur. 3000-4000 avroluq da var. Lap böyük stadionlar da var və fərq edir. Ancaq 1 milyard dollarlıq stadion – bu, real qiymət deyil. Orada nə göl qurudulması var ki? Sadəcə, həmin sahədə təmizlik işləri görülür”.
Qeyd edək ki, yeni Olimpiya stadionu Böyük Şor qəsəbəsində inşa ediləcək və təməl qoyma bu il olacaq.
Mehman SÜLEYMANOV

0
0