Klubların İcraiyyə Komitəsində üzvləri artırıla bilər
04.03.2011 - 15:42
AFFA-nın İcraiyyə Komitəsində (İK) Peşəkar Futbol Liqası üçün yer artırıla bilər. Apasport.az saytının məlumatına görə, assosiasiyanın bu gün keçirilən XVIII Konfransından sonra AZAL klubunun prezidenti Vaqif Qasımov AFFA prezidenti Rövnəq Abdullayevə klublardan İK-da daha çox nümayəndənin təmsil olunması ilə bağlı müraciət edib.
Məlum olduğu kimi, qurumda Peşəkar Futbol Liqasına 4 yer ayrılıb. Belə ki, Rauf Əliyev “Neftçi”, Hafiz Məmmədov “Bakı”, Ələkbər Məmmədov “İnter”, Kazbek Tuayev “Simurq”dan İK-da yer alıb. Abdullayev İK-ya gələn seçkilərdə PFL-in orada təmsilçilərinin artırılmasına baxılacağını bildirib.
Qeyd edək ki, Regional Futbol Federasiyaları AFFA prezidentinin rəhbərlik etdiyi İK-da (Cahangir Hacıyev – Bakı Futbol Federasiyası, Elmar Qasımov - Mərkəz Futbol Federasiyaları), Sahə Futbol Təşkilatları (Mahir Məmmədov - Çimərlik Futbol Federasiyası, Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyaları), İctimai Təşkilatlar (Elşad Nəsirov – Futbolsevərlər Birliyi, İsgəndər Cavadov – Futbolçular Birliyi) hərəyə 2 nəfərlə təmsil olunublar. İK-nin üzvləri AFFA-nın Hesabat-Seçki Konfransında müəyyənləşir ki, bu da gələn il keçiriləcək.
Mehman SÜLEYMANOV

0
0