FİFA Azərbaycana davamçı tapdı
04.03.2011 - 17:17
FİFA Azərbaycana davamçı tapdı
FİFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda bir sıra məsələlərə baxılıb ki, bunlar arasında növbəti dünya çempionatlarının təşkilatçılarının müəyyənləşməsi də olub. Söhbət müxtəlif yaş qruplarında təşkil edilən mundiallardan gedir.

17 yaşadək qızlar arasında 2014-cü ildə keçiriləcək yarış Kosta-Rikaya verilib. Bu isə o deməkdir ki, mərkəzi amerikalılar Azərbaycanın davamçısı olublar. Belə ki, bu yarış gələn il ölkəmizdə, daha 2 il ötdükdən sonra isə Kosta-Rikada təşkil olunacaq. Mərkəzi amerikalılar dünya çempionatının təşkili üçün 20 milyon dollar vəsait ayırıblar.

Qeyd edək ki, müxtəlif dünya çempionatlarına ev sahibliyi rəsmiləşən ölkələr arasında Özbəkistan, Türkiyə, BƏƏ, Qətər və Yeni Zelandiya da var.
0